Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Milli Şura Mehman Əliyevin həbsi ilə bağlı bəyanat qəbul edib:
“Bu gün saxta ittihamla Milli Şuranın Koordinasia Mərkəzinin üzvü, “Turan” İnformasiya agentliyinin direktoru, ölkənin tanınmış ziyalısı Mehman Əliyev həbs edilib. Bu həbs ölkənin müstəqil fəaliyyət göstərən ən uzun ömürlü agentliyinə, dünya informasiya məkanın böyük etibar qazanmış bir media qurumuna, azad sözə və fəaliyyətə qarşı yönəlmiş repressiya siyasətidir. “Turan” agentliyi öz doğru, dürüst, operativ fəaliyyəti ilə milli informasiya siyasətini formalaşdıran bir media orqanıdır. “Turan” agentliyi yalnız Azərbaycan dilində deyil, ingilis və rus dillərində də məlumatlar və təhlillər yaydığı üçün ölkə haqqında ən obyektiv, ən etibarlı informasiya mənbəyi funksiyasını yerinə yetirir və bütün dünya media qurumları onunla hesablaşır.
“Turan”ı vergi yoxlaması adı ilə susdururlar və Mehman Əliyev də vergidən yayınma və səlahiyyət həddini aşma ittihamı ilə saxlanılıb. Təəssüflər olsun 2014-cü ildən başlayaraq cəmiyyətin və azad medianın susdurulmasında vergi orqanlarından bir vasitə kimi istifadə edilir və bu orqan iqtisadi qurumdan daha çox güc strukturu kimi fəaliyyət göstərir. Mehman Əliyev bu ölkənin ölkənin ən təmiz və namuslu vətəndaşından biridir. O, hakimiyyətin mediaya yardımları bazarından uzaqda dayanmış, ev bölgüsündə iştirak etməmiş, rəhbərlik etdiyi agentliyi və özünü hər hansı formada hakimiyyətdən asılı vəziyyətə salmamaışdır. Hələ həbsindən əvvəl o, hakimiyyət orqanlarından aldığı “ya bizimlə işləməlisiniz ya da “Turan”ı sıradan çıxaracağıq” mesajı açıqca cəmiyyətə çatdırmışdı.
Mehman Əliyev yüksək peşəkarlığı və vətəndaşlıq mövqeyi olan bir mətbuat işçisidir. O, siyasi məhbusların müdafiəsi, vətəndaş cəmiyyətinin məhv edilməsi, qanunsuz həbslərə qarşı öz səsini ucaldan və rəhbərlik etdiyi media qurumunda daim bu xətti aparan peşəkar bir jurnalistdir. Milli Şura bəyan edir ki, Mehman Əliyevin həbsi hakimiyyətin repressiya, azad fikri boğmaq, azad sözü çökdürmək siyasətinin daha ağır mərhələyə daxil olmasının aydın göstəricisidir və bu həbs müasir Azərbaycan tarixinin ən ləkəli bir hadisəsi kimi yadda qalacaqdır. Mehman Əliyev heç bir əsas olmadan saxta ittihamla həbs edilib və onun kimi peşəkar, mədəni, səviyyəli, vicdanlı, dürüst, barışçı bir insanı həbsi bütövlükdə Azərbaycan cəmiyyətinə ağır bir zərbədir. Milli Şura hakimiyyəti bu qanunsuz əməldən çəkinməyə çağırır”.