Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Vəkil Fariz Namazlı 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan müvəkkilləri – 2013-cü ildə “Əsgər ölümlərinə son!” aksiyasının təşkilinə görə həbs olunan fəal İlkin Rüstəmzadə, Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan dərhal sonra narkotik ittihamı ilə tutulan Bayram Məmmədov və “facebook” səhifəsində paylaşdığı statusa görə həbs edilən NİDA-çı fəal Elgiz Qəhrəmanla görüşüb.
Bu haqda “Azadliq.info”ya danışan vəkil bildirib ki, onların hazırda saxlanma şəraitindən narazılığı yoxdur. Heykəl məhbusu Bayram Məmmədova da söz verilib ki, onun yer problemi həll olunacaq.

“İlkin Rüstəmzadə beynəlxalq təşkilatların biganəliyinə və susqunluğuna son dərəcəhiddətli və məyus idi. 2013-cü ildə onunla birlikdə həbs olunan daha yeddi nəfər NİDA-çının hamısı azadliga buraxilib. Yalnız İlkin Rüstəmzadə həbsdə saxlanılır. O, özunə qarsi olan siyasi diskriminasiyanın səbəbini başa düşmür”, – deyə vəkil bildirib.
Xatırladaq ki, 2013-cü ilin martında “Əsgər ölümlərinə son” aksiyasının təşkilinə görəhəbs olunan İlkin Rüstəmzadəyə iğtişaşların təşkili ittihamı ilə 8 il cəza verilib. 2016-cı il mayın 10-da həbs olunan Bayram Məmmədov 10 il, həmin ilin avqustunda saxlanılan Elgiz Qəhrəman isə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Adları çəkilən gənclər ittihamları rədd edir. Yerli və beynəlxalq ictimaiyyət də onlara qarşı ittihamların saxta olduğunu bəyan edir. “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı bu gəncləri “vicdan məhbusu” elan edib.