Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bir sıra tanınmış siyasi məhbusların, o cümlədən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət olunub. Vəkildən şikayətçi olan isə Penitensiar Xidmətdən göndərilib. Bu qurum nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və hazırda Qobustandakı qapalı həbsxanada saxlanılan Abbas Hüseynova orada verilən işgəncələrin ictimailəşməsindən narazı qalıb. Penitensiar Xidmət vəkili Abbas Hüseynova verilən işgəncələrlə bağlı məlumatları yaymaqda günahlandırır.
Yalçın İmanov “Azadliq.info”ya açıqlamasında ondan Vəkillər Kollegiyasına şikayət edildiyini təsdiqləsə də, şikayətin məzmunu ilə tanış olmadığını bildirib: “Vəkillər Kollegiyasının İntizam Komissiyasından əlaqə saxlayıb haqqımda şikayət daxil olması barədə məlumat verdilər. Gedib şikayətlə tanış olacağam”.
Abbas Hüseynov avqustun 8-də vəkili ilə görüşərkən ona bildirib ki, Kürdəxanıdakı istintaq təcridxanasından Qobustan həbsxanasına gətirildikdən dərhal sonra işgəncələrə məruz qalıb. Onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər. Daha sonra həbsxananın rəisi Avtandil Ağayev öz otağında əlləri qandallı vəziyyətdə onu dəyənəklə döyüb. Ardınca da soxulcanlarla dolu “kars” otağına salıblar.
Nardaran məhbusunun başına gələnlər ictimailəşəndən sonra Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, Penitensiar Xidmətin şöbə müdiri də həbsxanada ona baş çəkib. Abbas Hüseynov başına gətirilənləri, o cümlədən həbsxanada günün altında çarmıxa çəkilməsini onlara da danışıb.
Həmçinin Abbas Hüseynovun həbsxanada işgəncələrə məruz qalması ilə əlaqədar məhkəməyə də müraciət olunub.
Amma hələ ki, Abbas Hüseynova işgəncə verənlər cəzalandırılmayıb.