Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
«Sovet İttifaqının neft respublikasında korrupsiya və qohumbazlıq çiçəklənir. Şərq öz ənənələrinə bağlıdır.
Yüz illər boyunca Azərbaycan bir müsəlman ölkə olub, amma rusların göstərdiyi silahlı qardaş yardımıyla 56 il əvvəl kommunistləşdi. Buna baxmayaraq 5 milyondan çox əhalinin (onlardan 4500 nəfərinin yaşı 100- dən artıqdır) əksəriyyəti əski adətlərini və buna uyğun olaraq da Moskva ilə məsafələri qoruyur.
Elə buna görə də Azərbaycanı yalnız polis gücü ilə idarə edə bilirlər. Əvvəlcə bunu Sovet İttifaqının polis gücü üzərində səlahiyyət sahibi olan Beriya, daha sonra isə Stalinin sevimli kadrı olan, nəhayət güllələnən Bağırov həyata keçirirdi.
İndikindən əvvəlki sonuncu Partiya rəhbəri doktor Vəli Axundov kənd təsərrüfatının inkişafı üçün 13 milyon marka ayırmışdı və Bakıda metro tikintisini də sürətləndirməkdə idi. 1969- cu ildə onun yerinə KQB general-mayoru Heydər Əliyev təyin edildi. Əslində, bu cənub respublikasında partiya lideri olmaq formal xarakterlidir, gerçəkdə isə əhalisinin əksəriyyəti türk dilində danışan bu ölkədə soyadlara əlavə edilən slavyan sonluqları ilə xarakterizə edilən ruslaşdırma siyasətinə məruz qoyurlar.
Yerli lider Əliyev özündən əvvəlki rəhbərlər kimi rus qaydaları tətbiq etməkdə israrlıdır. O: «Biz bir çox məmurların qeyri- etik və israfçı davranışlarına göz yuma bilmərik»- bəyanatını verərək baş nazirin, onun müavinlərinin, komsomol katibinin, Bakı şəhər Partiya Komitəsi katibinin və səhiyyə nazirinin üzərinə hücuma keçdi. 4 partiya katibindən azərbaycanlkı olan 3 nəfərini dərhal işdən kənarlaşdıraraq yalnız Kozlov familiyaslı rusu yerində saxladı və bu Kozlov bu yaxınlara qədər həmin vəzifədə qalırdı.
Əliyev, eləcə də, ehtimala görə öz klanından olan, 25 il KQB sistemində çalışan Arif Heydərovu, yeni daxili işlər naziri təyin etdi. Amma iki həftə bundan əvvəl heç kimin baş açmadığı bir şəraitdə Arif Heydərov öz kabinetində güllələnərək öldürüldü. Cinayətin motivi bəlli deyil. Tamamilə mümkündür ki, burada siyasi motivlər var. Qatil Muradov Şuşa şəhərindən Bakıya gələrək bu qətli həyata keçirib. Bu şəhərdə əhalinin əksəriyyəti azərbaycanlılardır. Başqa tərəfdən, Muradov Sovet Azərbaycanında hələ də unudulmayan qan düşmənçiliyi ənənələrinə görə bu qətli törədə bilərdi. Moskvada çıxan «Literaturnaya qazeta»da bir azərbaycanlı yazıçının povesti dərc edilib. Bu povestin süjet xətti bundan ibarətdir ki, yol hərəkətini pozan bir nəfər həbsxanaya düşür. Onun həyat yoldaşı bir pivə satandan hamilə qalır. Həbsxanadakı adam azadlığa çıxdıqdan sonra qəzəblənmiş ər «özünün yaşadığı yolun qaydalarına görə» pivəsatanı vurub öldürür.
Azərbaycanda əski adətlər unudulmur. Əgər bir müsəlman vəfat edirsə, onun qohumları ölənin həyətində madır quraraq 40 gün yas mərasimi saxlayırlar. Onlar bu çadırı Bakıda «ictimai xidmətlər idarəsi»ndən götürürlər.
Rəsmən elan edilən ateizmə baxmayaraq, hətta partiya bossları arasında da paytaxtın 16 məscidindən birinə nəzir verənlər var. «Bəzi kommunistlər, o cümlədən dövlət məmurları dini ayinlərə qatılırlar»- deyə Əliyev qəzəblə etiraf edib. Korrupsiya və qohumbazlıq da yerli- yerindədir. Əgər siz özünüz üçün ev tikmək istəyirsizsə polisə 500 rubl (1650 marka) rüşvət verməlisiz. «Bəxşiş»lə universitetlərə qəbul olunmaq, hətta diplom da almaq olar. Rus dilini bilmək təhsilin zəruri şərti sayılsa da, Bakı dövlət Universitetinin rus dili müəllimi olan Rafiq Bağdasarov rusca o qədər də yaxşı danışmır və diplomu da Təhsil nazirinin sürücüsü olduğuna görə ala bilib.
Azərbaycan iqtisadiyyatının də durumu yaxşı deyil. İqtisadiyyatın əsasını xammal materialı olan neft təşkil edir. Son 6 ildə isə neftin istehsalı 20 milyon tondan 16 milyon tona qədər enib. Respublikada, eyni zamanda dəmir filizi və pambıq istehsal edilir. Azərbaycanda olan hər üç avtomobildən biri texniki ömrünü başa vurub, hər on maşından biri isə dərhal dəyişdirilməli və ya əsaslı təmir edilməlidir.
Partiya – təsərrüfat fəallarının yığıncağında çıxış edən Heydər Əliyev öz işçilərini «mütəmadi iş buraxmaqda, işə gecikməkdə və işdən tez getməkdə» ittiham edib və bildirib ki, buna görə ölkə iqtisadiyyatı ildə ən azı 20 milyon rubl itirir. Yüngül sənayedə, tikintidə və ağac emalı sənayesində, eləcə də meyvə- tərəvəz istehsalı sahəsində planların yerinə yetirilməməsi nəticəsində Respublikanın iqtisadi 35,4 milyon rubl itirib. Azərbaycanın bütün ərazisində isə kənd təsərrüfatı çox bərbad səviyyədədir. Ölkə əhalisinin gündəlik çaya, şəkərə, duza, yağa, dənəli bitkilərə, makarona olan tələbatını ödəmək mümkün deyil. Azərbaycan Kommunist Partiyasının kənd təsərrüfatı üzrə katibi İbrahimovun dediyinə görə bütün bunların əsas səbəbi suvarmanın lazımi keyfiyyətdə aparılmamasıdır…
DER SPIEGEL 28/1978