Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

- Cahangir Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində durum çox bərbaddır, kritikdir. Onun səhhətində ciddi problemlər var. Cahangir Hacıyev dəfələrlə sıra baxışına çıxarkən yerə yıxılıb, burnundan qan açılıb. Orada durum çox pisdir. O müəssisədə əsaslı müalicə və reablitasiya üçün şərait yoxdur. Bundan başqa, Cahangir Hacıyevin bir çox hüquqları pozulur. Ona kitab və mətbu orqanların verilməsi qadağan olunub. Bununla bağlı biz ombudsmana, digər orqanlara müraciət etmişik.
- Həmin kitablar və mətbu orqanların Azərbaycanda dövriyyəsi qadağandır?
- Əlbəttə ki, yox. Sadəcə, Cahangir Hacıyevi daha çox sıxışdırırlar. Mümkündür ki, bu, rəisin iradəsini əks etdirmir. Ola bilər ki, nazirlik səviyyəsində göstəriş verilib, kitabların, mətbu orqanların Cahangir Hacıyevə verilməsi qadağan olunub.
- Cahangir Hacıyev ona olan təzyiqlərin nədən qaynaqlandığı haqda nə deyir?
- Düşünür ki, onu mümkün qədər blokadada saxlamaqla, həbs cəzasından sonra belə cəzalandırmaqla guya ki, onun nələri varmış, yəni guya dövlətin pullarını offşorlarda gizlədibmiş, sanki bu yolla həmin pulları üzə çıxarmağa çalışırlar. Hansı ki, neçə ildir ki, bu haqda hər hansı bir sübutları yoxdur. Əllərində hər hansı bir sənəd yoxdur.
- Dediniz ki, Cahangir Hacıyev səhərlər sıra baxışına çıxarılarkən bir neçə dəfə yıxılıb. Belə hallarda ona yardım göstərilib?
- Bu, dəfələrlə baş verib. Cahangir Hacıyev yıxılıb. Elə olub ki, onunla görüşə getmişəm, amma səhhəti imkan verməyib ki, görüşək. Orada müəssisə ikiqat yüklənib. Yəni min nəfərlik yerdə 2 min nəfəri saxlayırlar. Orada hər 100 dustağa 1 tualet düşür. Tualetə görə gün ərzində növbə olur. Həmin müəssisə Avropa Şurasının, BMT-nin İşgəncələr Əleyhinə komitələrinin rəylərində dustaqların saxlanması üçün yararsız müəssisə kimi qiymətləndirilib. Sovet dövründə müəssisənin yaxınlığındakı dağlıq ərazidə radioaktiv tullantılar basdırılıb. Həmin tullantıların şüalanması bu gün də davam edir və məhbusların əynindəki paltarlar həmin şüaların təsiri altında qırmızıya çalan rəng alır.
- Cahangir Hacıyevdən rəsmi və qeyri-rəsmi nə qədər pul tələb olunur?
- Qeyri-rəsmi pul tələbi haqda nəsə deyə bilmərəm. Belə bir tələbin olduğuna da inanmıram. Ümumilikdə isə iş üzrə 60 milyondan artıq pul ödənməsi nəzərdə tutulur.
- Cahangir Hacıyevin həbsindən sonra onun həyat yoldaşının ölkədən getməsi haqda xəbərlər yayılmışdı. İndi isə belə xəbərlər yayılıb ki, onun qızı ilə sabiq milli təhlükəsizlik nazirinin oğlu boşanıblar. Bu məlumat nə dərəcədə doğrudur?
- Bu haqda məlumatsızam. Cahangir Hacıyevin həyat yoldaşı ilə bağlı cinayət işi qalır. Onun həyat yoldaşını Azərbaycana ekstradisiya etməyə cəhdlər oldu. Çox primitiv səhvlərə yol verdilər. Təsəvvür edin ki, Cahangir Hacıyevin, onun həyat yoldaşının vəkilinin olduğunu bilə-bilə həbs-qətimkan tədbiri ilə bağlı gizli məhkəmə keçirirlər. Hansı ki, şəxs öz seçdiyi vəkillə təmsil oluna bilər. Bu, qanunda təsbit olunub. Burada belə hallar keçir. Lakin ədalətin hökm sürdüyü ölkələrdə belə hallar böyük qüsur hesab olunur və ədalət məhkəməsinə kölgə salan hal kimi qiymətləndirilir. Bu gün Cahangir Hacıyevin, onun ailə üzvlərinin adi mülki hüquqları məhdudlaşdırılıb. Bu gün Hacıyevlər adi notariat hərəkətləri apara bilmirlər. Ölkədən Cahangir Hacıyevin yaxınlarının, hətta sürücüsü və aşpazının da çıxmasına məhdudiyyət qoyulub. Bütün bu işlər onu göstərir ki, Cahangir Hacıyevə qarşı xüsusi qərəz var.
- Cahangir Hacıyevə yaxınları ilə görüşməyə icazə verilirmi?
- Görüşlə bağlı müəyyən problemlər vardı. Hazırda vəziyyət nə yerdədir, bunu dəqiq deyə bilmərəm.
- Cahangir Hacıyevin qudası Eldar Mahmudov həbsdə deyil. O, ötən müddət ərzində Cahangir Hacıyevlə görüşübmü, onunla görüşməyə cəhd edibmi?
- Yox, qətiyyən belə bir şey yoxdur. Bildiyim qədər belə bir görüş üçün cəhd olmayıb. Olsaydı, bəlkə də mənim xəbərim olmaya bilərdi. Kiminsə həbsdə olan qohumu ilə görüşə getməsi özünün daxili istəyidir. Belə bir istək, istəyin gerçəkləşdirilməsi üçün cəhd olub-olmayıb bunu deyə bilmərəm.
- Açıqlamalarınızdan birində demişdiz ki, Cahangir Hacıyev cəzasını evinə yaxın cəzaçəkmə müəssisəsində çəkməlidir. Fakt budur ki, müvəkkilinizi evindən ən uzaq bir müəssisəyə köçürüblər. Bu məsələ ilə bağlı məhkəmə davası açmısınız?
- Cahangir Hacıyev həsbinə qədər Mərdəkan qəsəbəsində yaşayıb, orada qeydiyyatdadır. CİM-ə uyğun olaraq şəxs mümkün dərəcədə evinə yaxın müəssisədə saxlanılmalıdır. Onu ilkin olaraq 10 saylı cəzaçəkmə müəssisəsinə aparmışdılar. Sonradan kiminsə tapşırığı ilə onun yerini dəyişiblər. Özü mənə demişdi ki, onu Bakı İstintaq Təcridxanasından 10 saylı cəzaçəkmə müəssisəsinə köçürmək adı ilə çıxarıblar. Ora aparıb 3-4 saat saxlayıblar. Sonra isə onu dustaqların saxlanması üçün yararsız hesab edilən müəssisəyə aparıblar. 13 saylı cəzaçəkmə müəssisəsi cəzanın içində cəza yeridir. Penitensiar Xidmət əməkdaşlarından kimsə intizam məsuliyyətinə cəlb edilirsə, qaydaları pozursa, onu cəzalandırmaq üçün 13 saylıya xidmətə yollayırlar. Ora Renitensiar Xidmət əməkdaşları üçün cərimə batalyonudursa, görün dustaqların vəziyyəti nə yerdədir.
- Cahangir Hacıyevin orada başına bir iş gəlsə, bunun günahı kimin üzərində qalacaq?
- Dövlətin, dövlətin səlahiyyət verdiyi şəxslərin üzərində qalacaq. Biz dəfələrlə ombudsmanlığa, Qırmızı Xaça müraciət etmişik. Ombudsmanlıq, sadəcə, kargüzarlıqla məşğuldur. Yazdığımız müraciətləri yönləndirməklə məşğuldurlar, bir dəfə də olsa gedib Cahangir Hacıyevə baş çəkməyiblər. Məndə olan məlumata görə, ombudsmanlığın nümayəndələri müəssisəyə gedəndə belə orada türmə administrasiyasının binasını tərk etmirlər, müəssisənin ərazisini gəzmirlər. Dustaqları qəbul belə etməyib elə oradan da çıxıb gedirlər. Biz oradakı durum, Cahangir Hacıyevin vəziyyəti haqda dövlətə məlumat vermişiksə, əlbəttə ki, baş verə biləcək hallara görə dövlət məsuliyyət daşıyır. Cahangir Hacıyev havasızlıqdan əziyyət çəkir. Bu onun ürəyindəki problemi dərinləşdirir.
- Azərbaycan cəzaçəkmə müəssisələrində adına “burjuy” kamerası deyilən, imkanlı məhbusların saxlandığı kameraların varlığı kimsəyə sirr deyil. 13 saylıda necə, “burjuy” kameraları var?
- 13 saylı cəzaçəkmə müəssisəsi cəzaya məhkum edilmiş şəxslərin 2 qat cəzalandırılması yeridir. Orada xüsusi imtiyazlı məhkumlar yoxdur. “Burjuy” kameraları orada yoxdur. Ora faktiki olaraq qeyri-insani şəraitin olduğu bir yerdir. Elementar yaşıllıq yoxdur, ətrafdakı daş karxanalarından qalxan toz-tozanaq müəssisədə nəfəs almanı belə çətinləşdirir. Vəkil otağında hər 5 dəqiqədən bir stolun üstünü silirik ki, toz olmasın. Radiasiyalı tullantılardan ayrılan şüa və Lökbatanının kanalizasiya sularının töküldüyü göldən gələn üfunət iyi də dözülməz həddədir.
- Müvəkkiliniz barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı Ali Məhkəməyə, Avropa Məhkəməsinə müraciət edəcəkmi?
- Ali Məhkəməyə hökmdən şikayət verilib. Hələlik işə baxılma vaxtı təyin olunmayıb. Avropa Məhkəməsinə bu günə qədər 4 müraciətimiz olub. Müraciətlərimiz Cahangir Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin əsassızlığı, 10 gün nəzərdə tutulduğu halda 30 gündən artıq polisin istintaq təcridxanasında saxlanılması, bacısının ölkədən çıxışına məhdudiyyətin qoyulması qərarının əsassızlığı və həyat yoldaşının məhkəmədə müdafiə hüquqlarının pozulması ilə əlaqədardır. Bir müraciətimiz də təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı olacaq.
Qeyd edək ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.