11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Məğlubiyyətlə barışırıqsa, Londona getməyimizin mənası yoxdur.
Bu sözləri Qurban Qurbanov Sportline.az-a müsahibəsində bildirib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edirik:
- Komandada vəziyyət nə yerdədir?
- Nəhayət, hamı bir yerə yığışıb. Ancaq yenə də bəzi problemlərimiz var. Məsələn, Ansi Aqolli milli komandada zədə alıb və yəqin ki, "Çelsi" ilə görüşü buraxacaq. Digər məsələlər qaydasındadır. Hazırlığımız plana uyğun davam edir. Bir neçə gün vaxtımız da var. Çalışacağıq, bu vaxtdan maksimum yararlanaq.
- Çempionlar Liqasının qrup mərhələsi "Qarabağ" üçün yeni çağırışdır. Komandada həyəcan, psixoloji cəhətdən fərqli yanaşma varmı?
- Düzünü desəm, var. Həyəcanın olması normaldır. Təkcə, rəqiblərin adına görə yox, qrup mərhələsində iştirak etdiyimizə görə bunu qanunauyğun hesab edirəm. Avropa Liqası ilə müqayisə etsək, futbolçuların yanaşmasında fərq hiss olunur. Daha ehtiyatlıdırlar və çalışacaqlar ki, hər oyunda daha dəqiq oynasınlar. Bunu hiss edirəm.
- Rəşad Sadıqovla bağlı məsələ azarkeşləri maraqlandırır. "Qarabağ"ın U-19 komandasının oyunları da eyni vaxtlara təsadüf edir. Kapitan hansı komandanın yanında olacaq?
- Milli komandanın oyunundan sonra Rəşadla söhbət etməmişik. Sözsüz, əsas komandanın oyunları daha vacibdir. Təbii ki, 19 yaşlıları da yaddan çıxarmamalıyıq. Çünki bu, bizim gənclərimiz üçün böyük bir şansdır. Hər bir halda çalışacağıq ki, həm orda, həm də burda işlər qaydasında olsun. Lazım gəlsə, mən də U-19 komandası ilə bağlı müəyyən addımlar atacağam.
- Yeni transferlərin vəziyyəti necədir: Komandaya uyğunlaşa bilirlərmi?
- Hələlik, nəsə demək çətindir. Tarik Elyunussi bu gün məşqlərə qoşulub. Pedro dünənə qədər komandadan ayrı məşq edirdi və bu gün komanda ilə birgə çalışacaq. Düşünürəm ki, tezliklə komandaya uyğunlaşacaqlar. Çünki həm oyun təcrübələri kifayət qədərdir, həm də fiziki hazırlıqları normaldır.
- Premyer Liqanın IV turunda "Səbail"ə qarşı keçirilməli olan oyunun təxirə salınması ilə bağlı qərar qəbul etdiniz. Buna səbəb nə oldu?
- Son günlərdə komandanı bir yerə yığmaqda çətinlik çəkirdim. Yəqin ki, oyuna milli komandanın üzvləri olmadan çıxacaqdıq. Çünki qısa müddətdə iki ağır oyun keçiriblər. Bunları nəzərə alıb Peşəkar Futbol Liqasına müraciət etdik. Sağ olsunlar, istəyimizi nəzərə aldılar. Artıq kifayət qədər vaxtımız var və məşqlərdə istənilən hazırlıq formalarını tətbiq edə biləcəyik. "Səbail"lə görüşə çıxası olsaydıq, yalnız Londonda oyunöncəsi məşq edəcəkdik.
- Bilirik ki, proqnoz verməklə aranız yoxdur. Ancaq düşüncələriniz futbolsevərlər üçün maraqlıdır. "Çelsi" ilə oyundan nə gözləyirsiniz?
- Qeyd etdiyiniz kimi, nəticə barədə heç nə deyə bilməyəcəyəm. İngiltərə Premyer Liqasının səviyyəsi hamıya məlumdur. "Çelsi" də bu çempionatın son qalibidir. Bu, bizim üçün böyük motivasiyadır. Sonadək mübarizə aparacağıq. Məğlubiyyətlə barışırıqsa, Londona getməyimizin mənası yoxdur. İngiltərəyə təcrübə toplamaq, inkişaf etmək üçün gedirik. Hər bir futbolçu bunu dərk etməli və 90 dəqiqə dayanmadan nəticə üçün oynamalıdır. Düşünürəm ki, "Çelsi" ilə görüşdə əzmkar komanda görəcəyik.