Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Prokuror jurnalistə 10 il həbs cəzası istədi

Tarix:8-09-2017, 15:49 Baxış Sayı:165

Prokuror jurnalistə 10 il həbs cəzası istədi

Elçin İsmayıllı məhkəməsində Əli Kərimlinin dindirilməsini istədi

Bölgə müxbiri kimi, müstəqil media orqanları ilə əməkdaşlıq edən və bu ilin fevralında DTX tərəfindən həbs olunan jurnalist Elçin İsmayıllının işi üzrəməhkəmə istintaqı tamamlanıb. Sentyabrın 8-də keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edərək, jurnalistin 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Şəki Ağır Cinayətlər Məhkəməsində bu gün Elçin İsmayıllının işi üzrə baş verənlər haqda “Azadliq.info”ya jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən bugünkü məhkəmə iclasında iclasında əvvəlcə  zərəəkmiş qismində İlqar Qəribov dindirilib. O, Elçin İsmayıllının ondan pul tələb etmədiyini, jurnalistin bəzən onun yanında dolanışığın çətinliyindən gileyləndiyini bildirib.

Daha sonra Elçin İsmayıllı AXCP sədri Əli Kərimlinin məhkəməyə çağrılması haqda vəsatət qaldırıb. Jurnalist vəsatətini əsaslandırarkən bildirib ki, itthamda Əli Kərimlinin də adı keçir. İddia olunur ki, guya Elçin İsmayıllı Əli Kərimlinin göstərişi ilə hərəkət edib. Amma jurnalist ittihamda yazılanların yalan olduğunu bildirib. Deyib ki, Əli Kərimli ilə heç bir əlaqəsi yoxdur, onu yalnız partiyanın iclaslarında iştirak edib.

Amma hakimlər vəsatəti təmin etməyib.

Daha sonra Elçin İsmayıllı ilə keçən ilin oktyabrına qədər rayonun Mədəniyyət vəTurizm İdarəsinin rəhbəri olmuş Azər Abbasov arasındakı görüşün gizli çəkilişi nümayiş olunub.

Elçin İsmayıllının vəkilləri videonun montaj edildiyini, görüşdə və əməliyyat zamanı DTX əməkdaşları ilə söhbətdə söylədiklərinin çıxarıldığını bildirərək, çəkilişin sübutlar siyahısından çıxarılmasını istəyib. Vəkillər bildirib ki, videoya müdaxiləolunub və saxtalaşdırılıb.

Amma hakim videonum saxtalaşdırılmadığını bildirib və vəsatəti təmin etməyib.

Elçin Sadıqov deyir ki, hakimlər bəri başdan sübutlara qiymət verməklə qanunu pozdular. Vəkilin sözlərinə görə, hakim müşavirə otağına gedənə qədər sübutlara qiymət verə bilməz. Rəşid Hüseynov isə indidən deyir ki, bu sübut qanunidir.

İş üzrə zərəəkmiş olan Azər Abbasov məhkəmədə demişdi ki, Elçin İsmayıllı ondan pul tələb etməyib. Onu illərdir tanıdığını deyən Abbasovun sözlərinə görə, yeni il öncəsi Elçinə 100 manatı bayram keçirmək üçün pul verib. Həmin vaxt otağında gizli kamera olmasından da xəbəri olmayıb.

Həbs olunan gün verilən 1000 manata gəlincə, Elçin İsmayıllı deyir ki, Abbasovdan borc istəmişdi. Əvvəllər də ondan bir neçə dəfə borc alıb, qaytarıb.

Azər Abbasov məhkəmədə bildirib ki, həbs olunarkən Elçin İsmayıllıya verdiyi 1000 manatı ona icra başçısı Mirdaməd Sadıqov verib Elçinə çatdırmasını istəmişdi. Amma o, görüşdükləri kafeyə gizlik kamera quraşdırılması, pulun məqsədli şəkildəgöndərilməsindən xəbərsiz olduğunu bildirib.

Yeri gəlmişkən, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da bu iş üzrə istintaqda dindirilib. İttiham aktında məhkəmədə dindirilməli şahidlərin siyahısında onun da adı var. Ötən məhkəmə iclasında hakim vəkillərdən Mirdaməd Sadıqovun dindirilməsinə ehtiyac olub-olmadığını soruşanda müdafiəçilər bildirmişdilər ki, mütləq məhkəməyə çağrılmalıdır. Onun istintaqdakı ifasi iləkifayətlənmək olmaz. Çünki onun ifadəsi ilə zərəəkmiş Abbasovun məhkəmədəsöylədikləri arasında kəskin ziddiyyətlər var. Həmin ziddiyyətlərə aydınlıq gətirilməlidir.

Buna baxmayaraq, hakimlər icra başçısını məhkəməyə çağırıb dindirmədi.

Elçin İsmayıllının vəkilləri prokurorun çıxışından sonra məhkəmədən vaxt istəyib. Məhkəmə onlara çıxışa hazırlaşmaq üçün sentyabrın 15-nə qədər vaxt verib.

Elçin İsmayıllı bu ilin fevralında həbs olunun. Ona qarşı CM-nin 182 (hədə-qorxu ilətələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə ittiham irəli sürülüb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL