Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Aİ: Mehman Əliyevin həbsindən dərin narahatıq

Tarix:8-09-2017, 12:56 Baxış Sayı:161

Aİ: Mehman Əliyevin həbsindən dərin narahatıq

Avropa İttifaqı (Aİ) azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin durektoru Mehman Əliyevin saxlanması ilə bağlı dərin narahatlığını bildirib. Bu barədə Aİ nümayəndəsi ATƏT-in daimi iclasında bəyan edib.

Bundan öncə Aİ Azərbaycanda azad fikrin ifadə edilməsi üçün məkanın daralmasından, jurnalistlərin və hüquq müdafiəçilərinin siyasi motivli həbslərindən narahatlığını bildirmişdi.

Bu, mayın 12-də Bakı məhkəməsinin beş İnternet-KİV-in, o cümlədən onlayn-televiziya platformalarının bloklanması barədə qərarından sonra baş verir.

2015-ci ilin aprelindən indiyədək Avropa Şurasının jurnalistlərin təhlükəsizliyinə yardım platformasında Azərbaycanda KİV azadlığının məhdudlaşdırılması ilə bağlı 29 hal qeydə alınıb.

Aİ Azərbaycanın öz beynəlxalq öhdəliklərinə, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasının ifadə və informasiya azadlığı hüququnu müdafiə edən 10-cu maddəsi çərçivəsində öhdəliklərinə əməl etməsilə bağlı çağırış barədə ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi və Avropa Şurası baş katibinin bəyanatlarına qoşulur.

“Biz təkidlə Azərbaycan hökumətini qanunun aliliyi ilə bağlı öz öhdəliklərinə əməl etməyə və Mehman Əliyevin ədalətli məhkəmə çəkişməsi hüququnu təmin etməyə çağırırıq. Bu öhdəliklərə hörmətlə yanaşılması demokratik cəmiyyətin əsasını təşkil edir.

Biz Azərbaycanı Mehman Əliyevin dərhal azadlığa buraxılmasını tələb edən beynəlxalq strukturlarla sıx əməkdaşlıq etməyə, gələcəkdə Mehman Əliyevin əsas azadlıqlarının pozulmayacağına zəmanət verməyə çağırırıq”, Aİ nümayəndəsinin bəyanatında deyilir.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı CM-in

213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyərək onun dərhal azad edilməsinə çağırıblar. ABŞ Dövlət Departamenti də M.Əliyevin dərhal azadlığa buraxılmasına çağırıb.

Fransa və Böyük Britaniya XİN-lər M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıblar.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL