Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bu gün – sentyabrın 11-i “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən ev dustaqlığına buraxılıb. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar verib.
Müdafiə tərəfi məhkəməyə Mehman Əliyev barədə seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.
Mehman Əliyev: “Mən zona getməyə hazır idim…”
Mehman Əliyev jurnlaistlərə açıqlamasında deyib ki, cəzaçəkmə müəssisəsinə göndəriləcəyini gözləyirmiş. “Mən hər şeyə hazir idim. Açığı cəzaçəkmə müəssisəsinə göndəriləcəyimi gözləyirdim. Polis idarəsi ilə tanış olum, təcridxana şəraiti ilə tanış oldum. “Zon”a baxmaq da mənə maraqlı olardı. Yəni hazırlaşırdım…”, – deyərək o vurğulayıb.
M.Əliyev daha sonra ona dəstək olan şəxslərə və qurumlara təşəkkürünü bildirib:
“İlk növbədə Azərbaycan ictimaiyyətinə təşəkkür edirəm ki, mənə dəstək oldular. İkincisi mənə dəstək olan xarici ölkələrə, beynəlxalq təşkilatlara təşəkkür edirəm. Ailəmə minnətdaram ki, onlar özlərini güclü apardılar. Bu mənə vacib idi. Mənimlə bir kamerada olan dostlara da təşəkkür edirəm ki, mənə hörmətlə yanaşırdılar”.
Mehman Əliyev prezidentə müraciətindən da danışıb. O qeyd edib ki, müraciətdə Azərbaycanda jurnalistika sahəsində xidmətlərindən və ona olan ittihamlardan bəhs edib:
“Qeyd etdim ki, mən istintaqdan yayınmamışam. Onlarla əməkdaşlıq etmişəm. Bunu nəzərə alaraq, xahiş edirdim ki, qəti imkan tədbiri dəyişdirilsin. Bu gün də (sentyabrın 11-i) yenə eyni şəkildə Yasamal Rayon Məhkəməsinə bir məktub göndərdim. Bu da baş verdi”.
Mehman Əliyev “Turan Agentliyinin bundan sonrakı fəaliyyətinə də toxunub:
“Vəziyyətimiz çox çətindir. Hesablar dondurulub. Bundan əvvəl də maddi imkanımız aşağı idi. Ona görə də indi fəaliyyətimizi davam etdirmək çox çətin olacaq…”