Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

100 hektar torpağı olan fermerin bütün ərazisi əlindən alınıb

Tarix:12-09-2017, 14:39 Baxış Sayı:167

100 hektar torpağı olan fermerin bütün ərazisi əlindən alınıb

Şamaxıda vaxtilə 100 hektarlıq otlaq ərazisi olan Əbilcan İsmayılov indi bu torpaqlarını itirdiyini deyir.

Onun sözlərinə görə, əlində olan son 20 hektar ərazi ötən həftənin ortaları “şumlanıb”.

“Traktorun qabağına çıxdım, tutub apardılar. 16 yaşlı nəvəmi də tutdular”, sonradan azad edildiyini deyən 78 yaşlı fermer BBC Azərbaycancaya danışır.

Şamaxı rayon icra hakimiyyətindən məsələ ilə bağlı günlərdir ki, şərh almaq mümkün olmayıb.

Əbilcan İsmayılovun bu problemi bu ilin əvvəlində otlaqların əkinçilik təsərrüfatlarına çevrilməsini mümkün edən qərardan sonra yaranıb.

2017-ci ilin əvvəlində, Nazirlər Kabinetinin (NK) torpaqların təyinatının dəyişdirilməsilə bağlı qərarından sonra, onlardan əraziləri tərk etmək tələb edilib.

NK-nin 20 yanvar 2017-ci ildə imzaladığı “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarından sonra isə onlara Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məktub göndərilib.

Məktubda onlardan 01 may 2017-ci il tarixədək mal-qaranın və icarə dövründə istifadədə olan daşınmaz əmlakın, bina və qurğuların sökülməsi və ərazidən çıxmaq tələb edilib.
Əvəzində onlara verilən təzminat isə fermerləri qane etməyib. İsmayılov bildirib ki, onlara “ərazi üçün deyil, ərazidə yerləşən tikililər üçün” təzminat təklif edilib.
Bu səbəbdən onlar məhkəməyə müraciət edib.
“Sentyarbrın 6-da məhkəmədə idik. Qərar çıxmayıb, gözləyirik”, İsmayılov əlavə edib.
Şamaxı Rayon İcra Hakimiyyəti bundan əvvəl bu məhkəmə ilə bağlı BBC Azərbaycancaya bildirib ki, “təsərrüfat fəaliyyətə başlamalıdır. Məhkəmənin ona nə dəxli var axı. Bəlkə məhkəmə 1-2 ay davam edəcək”.
İcra hakimiyyəti onu da bildirib ki, fermerlərin çıxmadığı halda “qanuna müvafiq şəkildə məcburi çıxarılacaq”.
Dədə-babadan heyvandarlıqla məşğul olmuş İsmayılov torpaqları məcburi alınmış tək fermer deyil.
Şamaxının Göylər, Çaylı, Quşçu kəndi, Kürdəmir, Ağstafa, İmişli, Zərdab və Hacıqabuldan olan fermerlər də BBC Azərbaycancaya oxşar halla rastlaşdıqlarını bildirib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL