Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Demişdim ki, sənə “torba” tikirlər”
Azadlıq” qəzetinin müxbiri Ziya Əsədlinin həbsi ilə bağlı yaxınları açıqlama yayıb. O, sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı jurnalistin həbsi ilə bağlı bunları deyib: “Bir vətəndaşın şikayəti əsasında ona cinayət işi qaldırılmışdı. Ümumi çayxana var, oraya musiqiçilər və digər peşə sahibləri toplaşırlar. Orada nərd, domino oynayırlar. Bu da arabir ora gedirmiş. Orada tənqidi fikirlər səsləndirib. Çayçı ona deyib ki, belə söhbətlər burda eləmə…”.
Yusif Muradxanlının deməsinə görə, çayçı onu çayxanadan çıxardarkən insident baş verib: “Növbəti dəfə ora gedəndə çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb…”.
Ancaq verilən məlumata görə, çayçı məhkəmədə fərqli ifadə verib. O deyib ki, Ziya Əsədli telefonu onun başına vurub.
“Mən Ziyaya Əsədliyə həmişə deyirdim ki, ehtiyatlı ol. “Azadlıq” qəzetinin müxbirisən, “Turan TV” ilə əlaqən var. Bunu bilirlər. Sənə “torba” tikirlər…”, – deyə Mehdixanlı vurğulayıb.
Yusif Mehdixanlı bildirir ki, Ziya Əsədlinin bütün məhkəmə iclaslarında iştirak edib: “Mən çayçıya dedim ki, iş işdən keçib. Sən məhkəmədə barışıq elan elə, qoy onu həbs etməsinlər. Sözümə baxdı. Məhkəmədə dedi ki, uşaqları var, həm də 2-ci qrup əlildir, bağışlayıram onu”.
Yusif Muradxanlının deməsinə görə, məhkəmə bunu nəzərə almayıb: “Bizə dedilər ki, məhkəmə yüngül cəza verəcək. Siz buna siyasi rəng verməyin, ictimailəşdirməyin. Onun müdafiəsi düzgün təşkil olunmadı. Rayonda çatışmazlıqlarla, rüşvətxorluqla əlaqədar “Azadlıq” qəzetinə, “Turan TV”yə məlumatlar verirdi…”.