Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

ÜAK sədri Fazil Qurbanov: “Təşkilatda öz xeyrinə çalışan adamlar var ki, onları sıralarımızdan uzaqlaşdırmalıyıq”

Tarix:14-09-2017, 08:55 Baxış Sayı:168

ÜAK sədri Fazil Qurbanov: “Təşkilatda öz xeyrinə çalışan adamlar var ki, onları sıralarımızdan uzaqlaşdırmalıyıq”

Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə fəaliyyətinə xitam verilən Ümumrusiya Azərbaycanlıları Konqresi Apelyasiya Məhkəməsinin ədalətli qərar verəcəyinə ümid edir. Sıralarında 2 milyona yaxın azərbaycanlını birləşdirən və bütün Rusiya regionlarını əhatə edən bir təşkilatın ləğvi təbii ki, Azərbaycanda da narahatlıqla qarşılandığı üçün məsələnin müsbət həlli istiqamətində çalışmalar davam edir.

Ümidlər var ki, ÜAK rəhbərliyi və digər dairələr tərəfindən Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış müraciətlər nəticə verəcək. Ancaq bugünlərdə, apelyasiya baxışı ərəfəsində yayılmış xəbər narahatlıq doğurur. Bu və digər məsələlər barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Fazil Qurbanov “Yeni Müsavat”a eksklüziv müsahibə verib.

- Fazil bəy, bir neçə gün əvvəl mətbuatda belə bir xəbər yayıldı ki, Federal Təhqiqatlar Bürosu ÜAK-ın regionlardakı təşkilatlarına möhürü təhvil verməklə bağlı xəbərdarlıq edib. Doğrudurmu?

- Yox, belə şey yoxdur, yalandır. Regionlardakı təşkilatlarımız hamısı işləyir. Ayın 19-da da mənə elə gəlir ki, bizə qurultayımızı keçirmək və sənədləri qaydasına salmaq üçün vaxt verəcəklər.

- Apelyasiya Məhkəməsinin baxışını nəzərdə tutursunuz?

- Hə. Apelyasiya Məhkəməsinin qərarını gözləyirik.

- İndiyə qədərki proseslər təşkilatın sonrakı taleyi ilə əlaqədar nə deməyə, hansı qənaətə gəlməyə əsas verir?

- İki vəkilimiz var, zəruri işlər görülür. İndi gözləyirik. Görək sentyabrın 19-da qərar necə olacaq. Əgər başqa bir hadisə olmasa, iddiaçı tərəf - Ədliyyə Nazirliyinin nümayəndələri prosesdə iştirak etsə, o zaman məhkəməmiz olmalıdır. Məhkəmədə də bizə imkan verməlidirlər ki, növbədənkənar qurultayımızı keçirək və çatışmazlıqları aradan qaldıraraq, işlərimizi davam etdirək.

- Deməli, iddia ərizəsində növbədənkənar qurultayın keçirilməsi üçün vaxt verilməsi xahişi əksini tapır?

- Əslində bundan əvvəl də demişik ki, bizə vaxt verin. Bir sıra işləri eləmişik, amma qəbul eləməyiblər. İndi bir daha deyirik ki, onsuz da bütün çatışmazlıqları aradan qaldırmışıq, hər şey hazırdır, nizamnamə qaydasındadır. İndi ayın 19-nu gözləyirik.

- Növbədənkənar qurultay keçiriləcəksə, yəqin ki, yenə də ÜAK-ın prezidenti olaraq qalacaqsınız, eləmi?

- Əgər seçsələr, qalacağam, seçməsələr, gedəcəyəm, öz işimlə məşğul olacağam.

- Konqresin qeydiyyat problemi ortaya çıxandan sonra yerli təşkilatlar hamısı qalırmı, yoxsa hansısa parçalanmalar, qopmalar olub?

- Yox, yox. Regionlardakı təşkilatların hamısı yerindədir. Mən özüm onlarla danışmışam, görüşmüşəm. Hamı gözləyir, hamı həyəcanlıdır. Hamının da ümidi var ki, Konqres fəaliyyətini davam etdirməlidir, işləməlidir, başqa cür ola bilməz.

- Azərbaycan hökumətindən istəyiniz, xahişiniz varsa, buyurub mətbuat vasitəsilə deyə bilərsiniz.

- Yox. Biz Rusiyada fəaliyyət göstərən təşkilatıq. Ona görə də məsələlərimizi özümüz həll etməliyik. Azərbaycandan mənəvi dəstək verilməsinin özü bizə bəsdir. Özümüz çalışırıq. Bilirik ki, Azərbaycanda da çox həyəcanlıdırlar, necə olacağını gözləyirlər, çox sağ olsunlar. Onların bizə qarşı böyük diqqəti var.

- Belə fikirlər vaxtaşırı səslənirdi ki, 2018-ci il prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana müxtəlif təzyiqlər olacaq. Amma dediyinizdən belə çıxır ki, müsbət istiqamətdə addımlar gözlənilir...

- Ümid edirik ki, müsbət dönüş olacaq, başqa cür ola bilməz. Üçüncü məhkəmə olanda sənədləşmədəki səhvlərin çoxuna düzəliş eləyib yenidən təqdim etmişdik. Amma onlar o vaxt həmin sənədləri qəbul etmədilər. İndi isə bizdə hər şey hazırdır.

- Qurultaydan sonra təşkilatda hansı dəyişiklikləri gözləmək olar?

- Təşkilatda öz xeyrinə çalışan adamlar var ki, biz onları sıralarımızdan uzaqlaşdırmalıyıq.

- Onların məqsəd-məramı nədir?

- Onlar öz xeyrinə işləyən, Konqres üçün heç bir faydası dəyməyən adamlardır. Biz bəzi regionlarda onların işini görmürük, cəmiyyətə, soydaşlarımıza əl tutmalarını görmürük. Bəziləri elə özləri üçün çalışır. Belə adamları saxlamaq olmaz axı.

- Onların adları ictimaiyyət üçün açıqlanacaqmı?

- Onlar hamısı açıqlanacaq. Növbədənkənar qurultay olsa, bizə imkan versələr, dəyişiklik olmalıdır.

- Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlılardan, məsələn, Rüstəm İbrahimbəyov də digərlərindən təşkilatın yaşaması istiqamətində dəstək alırsınızmı?

- Neçə illərdir ki, onunla tanışam. O, çox müsbət adamdır, elə dəstək olaraq deyir ki, mən Konqresin üzvü olsam da, olmasam da, mənim ürəyim sizinlədir, nə desəniz, mən hazıram.

- Bu yaxınlarda Azərbaycan prezidenti Rusiya vətəndaşı olan blogger Aleksandr Lapşini azad etdi. Bu mənada mümkündürmü Moskva da Bakıya jest olaraq Konqreslə bağlı müsbət qərar versin?

- Mən onu bilmirəm, çünki siyasətə qarışmıram. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Necə qərar verirsə, mən onu şərh edə bilmərəm.

- Təşkilatla bağlı məsələlər barədə məsləhətləşmələr aparmaq üçün Bakıya gəlmək fikriniz yoxdur ki?

- Mən bu yaxınlarda Bakıya gəlmişdim. Amma rəsmi şəxslərdən heç kimlə görüşmədim. Sadəcəz dörd günlüyə nəvələrimlə bir yerdə şəxsi məsələlərlə əlaqədar gəlmişdim.

- Artıq 4-cü ildir ermənilərin əlində olan Kəlbəcər girovlarının azad olunması istiqamətində Rusiyanın həlledici rola malik olduğu deyilsə də, Moskva bununla bağlı hərəkətə keçmir. Hansı ki, girovlardan biri - Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. ÜAK-la bağlı müsbət qərar verilərsə, girovların azad edilməsi istiqamətində Rusiya hakimiyyətinə müraciətləriniz olacaqmı?

- Mən də girovlarla bağlı eşitmişəm. Ancaq bu aralar bizim başımız çox qarışdı, neçə aydır ki, təşkilatdaxili işlərlə məşğuluq. Mən elə bu təşkilatın rəhbərliyinə gələndən məhkəmələrdən, yazışmalardan qurtarmamışam. Ona görə də əgər biz fəaliyyətimizi davam etdirə bilsək, təbii ki, öz vətəndaşlarımıza əlimizdən gələn köməyi etməyə çalışacağıq. Əgər onların fəaliyyətində Rusiya hökumətinə qarşı bir şey yoxdursa, təbii ki, biz imkan dairəsində əlimizdən gələn köməyi edəcəyik. Amma indi mən bir söz deyə bilmərəm. Ayın 19-nu gözləyək...

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL