Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Kanal 13” internet televiziyasının təsisçisi “Amerikanın Səsi”nə müsahibəsində Bakı bürosunun rəhbərinin həbsindən danışıb
“Kanal 13” internet televiziyasının təsisçisi Anar Orucov “Amerikanın Səsi”nə müsahibəsində televiziyanın Bakı bürosunun rəhbəri, qardaşı Əziz Orucovun həbsinin səbəblərindən və ölkədə söz azadlığının durumundan danışıb.
“Kanal 13” internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Televiziyanın təsisçisi Anar Orucov artıq bir neçə ildir Almaniyada yaşayır.
– Qardaşınız Əziz Orucovun həbsinin səbəbləri nədir?
– Əziz Orucovun həbsinin səbəbləri, şübhəsiz, onun media fəaliyyəti ilə bağlıdır. Çünki mən 2014-cü ildə Azərbaycandan gedəndən sonra Əziz Orucov Kanal13 TV-nin Bakı ofisinə rəhbərlik edib. Kanal13 TV Azərbaycanda azad mətbuat sahəsində çox ciddi rol oynayırdı. Sadəcə onu deyim ki, 2017- ci ilin ilk 4 ayı ərzində (Əzizin həbs olunmasına qədər) Kanal13 TV Youtube üzərindən 20 milyon dəfə izlənmişdi. Əziz Orucovun həbsi Azərbaycanda media durumunun indiki bərbad durumunu göstərir.
– Onun azadlığa çıxması üçün hansı tədbirlər görülür? Beynəlxalq təşkilatlar, ictimaiyyətin köməyi nə dərəcədə yetərlidir?
– Əziz Orucovun azadlığa çıxması üçün biz bir sıra fəaliyyət həyata keçiririk. Məsələn, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla mütəmadi danışıqlarımız gedir, beynəlxalq təşkilatlar, Amnesty İnternational və digər təşkilatlar Azərbaycana mesajlar verirlər. Və düşünürəm ki, beynəlxalq ictimaiyyətin atdığı addımlar, Azərbaycan hökuməti ilə olan danışıqları, azad mətbuata verdikləri müsbət qiymətlə yekunlaşacaq.
– Azərbaycan ictimaiyyətinə bir sözünüz varmı?
– Əslində Azərbaycan ictimaiyyətindən gözləntilərimiz həddən artıq çoxdur. Azad mətbuat olaraq bir faktı deyim ki, bizim videolarımızın üzərində whatsup nömrələri var. Bəlkə də onlarla, yüzlərlə mesajlar alırıq insanlardan. Azərbaycan ictimiayyətinin adekvat olaraq dəstək verməsini gözləyirik, halbuki bu dəstək azdır. Biz Əziz Orucovun azadlığa çıxması üçün ictimai dəstəyi yetərincə hesab etmirik. Azad mətbuat olaraq Kanal 13 TV mənim, Əziz Orucovun, orada çalışanların deyil, cəmiyyətin kanalı idi. Təbii olaraq, ona çox dəstək olunmasını gözləyirəm və istəyirəm.
– Azərbaycanda insan haqlarının vəziyyətinin dəyişdirilməsi üçün, sizin fikrinizcə, nələr edilməldir?
– Bu sual Azərbaycan hakimiyyətini daha çox narahat etməlidir. Halbuki bu, belə görünmür. Azərbaycanda jurnalistlərin həbsi, birini buraxsalar da digərinin yenidən tutulması nəticəsində Azərbaycanın imici artıq çox bərbad durumdadır. Bunu hökumət nümayəndələrinin özləri də bilir. Azərbaycan bu sahədə vacib işlər görməlidir. Əgər görmürsə və bunu nəzərə almırsa, onda məcburuq ki, Azərbaycan jurnalistləri və ictimiayyət nümayəndələri, QHT olaraq biz həyata keçirək. Biz də əlimizdən gəldiyi qədər beynəlxalq qurumlarla işləyirik. İnsan hüquqları nizamnaməsi çərçivəsində, insan haqları qaydalarının qorunması çərçivəsində, media azadlıqları çərçivəsində Azərbaycanda nəyəsə nail olmaq üçün işlərimizi davam etdirəcəyik.
“Kanal 13″ internet telerviziyasının Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.
Ə.Orucovun inzibati cəzası başa çatan gün – iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Orucov ittihamları qəbul etmir, sifariş hesab edir.
Əziz Orucov barəsində olan cinayət işi artıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. İşəyaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.