Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“İl ərzində 140 mindən çox piyada yolu keçmə qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunur. Onlardan çoxu il ərzində 4-5 dəfə eyni hərəkəti təkrar edir və cərimələnir. Bəlkə də, arxayınlıq yaranır ki, qaydanı pozsam da, cərimə ödəmirəm. Amma icra strukturları tərəfindən qaydaları pozmuş piyadaların əmlakına həbs qoyulması, hətta xarici ölkələrə gedən zaman ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsi və s. kimi vasitələr var”.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib. Onun sözlərində görə, cərimə olunan həmin şəxslər bilmədirlər ki, o, cəriməni və üzərinə gəlmiş dəbbə pulunu ömrünün sonuna qədər ödəmək məcburiyyətindədir: “Yəni, kimsə bu cəriməni ödəmirsə, elə bilməsin ki, batdı-getdi və bir daha ondan tələb edilməyəcək. Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa, onun cərimələri ondan alınacaq. Yaxud da onun hansısa əmlakına yönləndiriləcək. Bir gün həmin əmlakdan istifadə etmək istədikdə, görəcək ki, əmlak artıq onun deyil, üzərində həbs var”.
Kamran Əliyevin fikrincə, cərimə və əmlaka həbsdən də vacib odur ki, piyada öz məsuliyyətini dərk etməlidir: “Əgər o nəzərdə tutulmayan yerdən keçirsə, ilk növbədə həyatını riskə atmış olur. Ondan sonra düşünməlidir ki, bu hərəkətim cibimə ziyandır. Əlbəttə, cərimə ilə insan həyatı bir tutula bilməz”.