Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Əziz Orucovun məhkəməsi başlayıb

Tarix:27-09-2017, 13:46 Baxış Sayı:194

Əziz Orucovun məhkəməsi başlayıb

«Kanal-13» internet televiziyasının icraçı direktoru Əziz Orucovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Sentyabrın 27-də jurnalistin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakimlər Ə.Orucovun anket məlumatlarını dəqiqləşdirəndən sonra onun vəkilləri bir neçə vəsatət qaldırıb.

Vəkil Cavad Cavadov öncə Ə.Orucovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq vəkillərinin yanında əyləşməsini istəyib:

«İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı maddəsinə görə, bizim daim müvəkkilimizlə konfidensial şəkildə ünsiyyət saxlamaq hüququmuz var. Biz hər dəfə məsləhətləşmək üçün durub onun yanına getsək, proses pozular».

C.Cavadov həmçinin, məhkəmə prosesinin audio və video yazısına icazə verilməsini istəyib. Bu vəsatətini də sonda məhkəmə iclas protokollarında təhriflərə yol verilmə ehtimalı ilə əsaslandırıb:

«Audio və video yazıya icazə verilməsini ona görə istəyirik ki, iclas protokollarında səhvlər olur. Əgər çəkiliş olsa, bu problem olmaz».

Prokuror Fəhmin Hümbətov vəsatətlərə etiraz edib. Deyib ki, məhkəmə zalında şüşə kabinədə məhkumun əyləşməsi Penitensiar Xidmətin əməkdaşları tərəfindən tənzimlənir:

«Bu, təhlükəsizlik tədbiridir. Digər vəsatət də əsassızdır. Çünki məhkəmə iclasları protokollaşdırılır və vəkillər razılaşmasa, qeydlər verə bilərlər».

Amma hakimlər Ə.Orucovun vəkillərinin yanında əyləşməsi barədə vəsatəti təmin edib və o, şüşə kabinədən çıxarılıb.

Video və audio yazıya gəlincə, hakim bildirib ki, məhkəmədə jurnalistlər var və istədikləri kimi məlumat hazırlayırlar. Həm də məhkəmə iclasları protokollaşdırılır.

Vəkil C.Cavadovun daha bir vəsatəti isə cinayət işinə xitam verilməsi, bu vəsatət təmin olunmasa, Ə.Orucov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin hökmü bəlli olana qədər onun ev dustaqlığına buraxılması haqda olub. Müdafiəçi deyib ki, Ə.Orucov heç bir qrant müqaviləsinə imza atmayıb:

«Qrantlarla bağlı ittiham verilib. Halbuki, qrant əvəzsiz yardım hesab edilir və ianə kimi göstərilir. Qanuna görə, qrant vəsaitləri vergidən azaddır».

Digər vəkil Əlibala Rzayev də ittihamların əsassız olduğunu söyləyib:

«Bu ittihamlar havadan götürülüb. Məhkəmədə araşdırılmalı nəsə yoxdur. Ona görə də işə xitam verilməlidir. Məhkəmədə nəyi araşdıracaqsınız?».

Amma bu vəsatətlərin heç biri təmin olunmayıb. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə isə oktyabrın 10-na təyin edilib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL