Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Qafqaz Müsəlmanları İdarəsi ərəb turistlərin nəzarətə alınmasını istəyir

Tarix:29-09-2017, 12:17 Baxış Sayı:155

Qafqaz Müsəlmanları İdarəsi ərəb turistlərin nəzarətə alınmasını istəyir

«Azərbaycana turist kimi gələn bəzi insanlar burada həftələrlə qalır və müəyyən insanları ətrafına yığır, müəyyən işlər görür və getdikdən sonra da burada tanış olduqları insanlarla əlaqələrini kəsmirlər».

Bunu sentyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Bakıda keçirilən konfransda deyib.

Sədr müavini bildirib ki, müvafiq orqanlar bu yöndə «ciddi işlər» görməlidirlər:

«Onlar məscidlərə girir, ibadət edir. Həmin məscidlərdə gətirdikləri təbliğat vasitələrini yaymağa çalışırlar. Biz bu məsələyə həssas yanaşmasaq, mənfi nəticələrini görəcəyik».

Ancaq maraqlıdır ki, S.Musayev AzadlıqRadiosuna danışarkən ərəb turistlərin burda təbliğat aparmaları barədə dediklərini təkzib edib. Qurumun sədr müavini yalnız bunları söyləyib:

«Tədbirdə deyilənlər sadəcə ehtiyatlı olmaq üçündür. Bunlar gəlirlərsə, burda nəzarətdə olmalıdırlar. Nəzarətdə saxlanılmalıdırlar ki, başqa işlər görməsinlər».

QMİ sədrinin müavini «başqa iş» dedikdə, nəyi nəzərdə tutur? O, sualın cavabından yayınıb:

«Bunu biz mətbuat üçün deməmişik, sadəcə orda iştirak edənlərə bildirmişik ki, ehtiyatlı olun».

AzadlıqRadiosu bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılova müraciət edib. O bildirib ki, həqiqətən də müsəlman ölkələrindən gələn bəzi turistlər yerli məscidlərdə olublar və orda camaat namazı qılmağa cəhd göstəriblər, «bu isə yolverilməzdir».

«İstər Bakıda, istərsə də bölgələrdə bu hal dəfələrlə müşahidə olunub. Təbii ki, turistin məscidə getməsi normaldır. Amma Dövlət Komitəsinə daxil olan məlumata görə, həmin turistlər bəzi hallarda özləri camaat namazı qılmağa cəhd göstəriblər. Məscidlərdəki rəsmi din xadimləri, o cümlədən başqa rəsmi şəxslər, icma nümayəndələri buna yol verməyiblər. Bu, qəbuledilməzdir. Çünki məscidlərdə camaat namazını yalnız Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi din xadimləri qıla bilər və qıldırmalıdır», – İsmayılov deyir.

O, fikrini belə əsaslandırır:

«Qanunvericiliyə əsasən, məscidin idarəçiliyinə, o cümlədən camaat namazının qılınmasına rəsmi şəxslərdən başqası cəlb edilə bilməz».

Sədr müavininin sözlərinə görə, bəzən bu cür hallarda turistlər yox, onları müşayiət edən şəxslər camaat namazı qılmağa cəhdlər göstərib və bunun qarşısı alınıb.

Komitə sədrinin müavini bunun məqsədli edilib-edilməməsi haqda fikir söyləməkdə çətinlik çəkir:

«Bununla bağlı araşdırmaları biz aparmırıq. Sadəcə, bizim komitəyə belə məlumatlar daxil olub və biz də buna adekvat cavab vermişik».

G.İsmayılov Komitənin yerlərdəki əməkdaşlarını, üstəlik, din xadimlərini təlimatlandırdıqlarını, eləcə də həm QMİ, həm də rəsmi qurumlarla bu məsələni müzakirə etdiklərini bildirir.

Bununla belə, sədr müavini belə insidentlər ucbatından turistlərin Azərbaycana gəlişinə hər hansı məhdudiyyət qoyulmayacağını da xüsusi vurğulayır.

«Çıxıb minbərdə xütbə demirsə – xütbəni axund deyə bilər, bu aydındır, bu yerdə müdaxiləni də başa düşürəm – camaat namazı qılmaq olar. Dinə görə, üç nəfər yığılıbsa, içlərindən bir nəfəri seçə bilərlər ki, sən imamlıq et, biz camaat namazı qılaq. Bu adamın din xadimi olub-olmaması vacib deyil, o, üç nəfərin içində hörmət edilən biridir, vəssalam. Elə bir qayda yoxdur ki, camaat namazını mütləq rəsmi şəxs qıla bilər, bunun üçün rəsmi təyin olunmalıdır və s.», – dini məsələlər üzrə ekspert Altay Göyüşov belə deyir.

«Bu, biabırçılıqdır. Necə yəni camaatı namaz qılmağa qoymurlar? Mütləq namaz qılanın başında Azərbaycan vətəndaşı durmalıdır? Bu absurddur», – ekspert əlavə edir.

O, hakimiyyətin narahatlığını, şübhələrini başa düşdüyünü, ancaq seçdiyi yolun doğru olmadığını bildirir. A.Göyüşov deyir ki, Azərbaycanın bəzi bölgələrində əksər vaxtlar məscidlərin qapısı bağlı olur, ancaq bu yolla təhlükəni önləmək mümkün deyil:

«Bu, yol deyil. Həmin ərəb ölkələrində, İranda məscidlərin qapısı həmişə açıq olur. Kim istəyir, girib namazını qılır».

O ki qaldı QMİ rəsmisinin dediyi kimi, turist kimi gələnlərin bəzən burada həftələrlə qalıb müəyyən insanları ətrafına yığmasına, müəyyən işlər görməsinə və getdikdən sonra da burada tanış olduqları insanlarla əlaqələrini kəsməməsinə, A.Göyüşov bunu «narahatlıq doğuran» hal sayır.

«Təbii, narahatlıq var ki, hansısa təhlükəli qruplar və ya başqaları burda məscidlər vasitəsilə əlaqələr qura bilərlər. Bu mümkündür, ola bilər. Sadəcə, bunu elə şəkildə yoluna qoymaq lazımdır ki, absurd görünməsin», – ekspert qeyd edir.

Deyilənlərlə bağlı hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev bir il öncə demişdi :

«Mən Azərbaycanda gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam. Bu gün Azərbaycan İŞİD-in (İraq və Suriyada qanlı terror əməlləri ilə məşhur olan «İslam Dövləti» silahlı qruplaşması – red.) hədəfindədir».

Əliyev əlavə etmişdi ki, Azərbaycan hədəfdə olduğunu bilsə də, təhlükəsizlik tədbirləri görmür.

«Turist axınını, onların davranışını görəndə onlarla heç kimin məşğul olmadığını başa düşürəm. Hotellərin məqsədi pul qazanmaqdır, təhlükəsizlik aşağıdır. Buna görə narahatam, bizdə ciddi mütəxəssis qrupu yoxdur ki, gələnləri nəzarətdə saxlaya bilsinlər. Beşulduzlu hoteldə iki-üç ay qalmağa pul lazımdır. Haradandır o pul 7-8 nəfərlik ailə üçün? Niyə bura gəlirlər? Niyə cavanlar 3 ay yayı burda keçirirlər? İraqda, Suriyada belə varlı insanlar varmı indi? Gəlmək imkanları varmı? Bəlkə Suriya, İraq pasportu ilə başqa ölkələrdən gəlirlər? Niyə Antalyaya, Bodruma getmirlər?», – deyə keçmiş komitə sədri sual etmişdi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL