Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Cahangir Hacıyev aclıq edir

Tarix:29-09-2017, 12:27 Baxış Sayı:174

Cahangir Hacıyev aclıq edir

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev 7 gün müddətinə 13 saylı cəzaçəkmə müəssisəsinin cərimə kamerasına (kars) salınıb. Bu barədə vəkil Fəxrəddin Mehdiyev cəzaçəkmə müəssisəsindəki qeyri-rəsmi mənbələrə istinadla bildirib.

Vəkillər cəzaçəkmə müəssisəsinin rəhbərliyindən və Penitensiar Xidmətdən Hacıyevin taleyi haqqında rəsmi məlumat ala bilmir.

Vəkil hesab edir ki, Hacıyev cərimə kamerasına çərşənbə axşamı axşam saatlarında salınmış ola bilər.

Mehdiyev çərşənbə günü cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə bilməyib.

“Mənə dedilər ki, cəzaçəkmə müəssisəsinin rəisi işdə deyil, ona görə icazə vərəqəsi imzalana bilməz. Bu gün (sentyabrın 28-də) həmkarım Aqil Layıcov da eyni səbəblə Cahangir Hacıyevlə görüşə bilməyib. Penitensiar Xidmətdən cəzaçəkmə müəssisəsinin rəisinin işdə olmadığını, buna görə icazə vərəqəsi verilmədiyini bildiriblər. Amma bizdə olan məlumata görə cümə axşamı rəis yerində idi”, deyə Mehdiyev bildirib.

Vəkil qeyd edib ki, cəzaçəkmə müəssisəsinin daxilindən sızan məlumata görə, Hacıyev 7 günlük cərimə kamerasına salınıb və buna etiraz əlaməti olaraq orada aclıq elan edib.

Mehdiyev bunun səbəblərini birmənalı olaraq söyləməyə çətinlik çəkib.

Amma vəkilin sözlərinə görə, ilk gündən cəzaçəkmə rəhbərliyi tərəfindən Hacıyevə qarşı “qərəzli münasibət var”.

Bu, vəkillərin Hacıyevə çatdırdığı qeydlərin diqqətlə yoxlanmasında, müdafiəçilərin özlərinin üzərində axtarış aparılmasında özünü göstərir, deyə Mehdiyev qeyd edib.

Vəkil Hacıyevin cərimə kamerasınasalınmasının səbəbinin yerli saytlardan birinə qiyabi müsahibəsi ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, həmin müsahibədə Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.

Vəkil Hacıyevin “uzun illər rəhbər vəzifələr tutan ziyalı bir insan olaraq cəzaçəkmə müəssisəsinin daxili nizam-intizamını poza biləcəyinə” şübhə ifadə edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə bir sıra filialların keçmiş rəhbərləri də həbs cəzalarına məhkum edilib.

Hacıyev istintaq tərəfindən 80 mln. manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunub, bir halda ki, KİV-in məlumatına görə bankın problemli kreditlərinin məbləği 6 mlrd. manata çatırdı.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL