Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Cahangir Hacıyev niyə cəzalandırılıb?

Tarix:5-10-2017, 12:23 Baxış Sayı:200

Cahangir Hacıyev niyə cəzalandırılıb?

Vəkili Aqil Layıcov telefon danışığı iləbağlı ittihamları rədd edir və gerçək səbəbi açıqlayır

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 2015-ci il dekabrın 5-dən həbsdə olan Cahangir Hacıyevin vəkili Aqil Layıcov onun saxlandığı cəzaçəkmə müəssisəsində daxili intizam qaydalarını pozduğuna görə cəzalandırıldığı haqda deyilənləri təkzib edir. Vəkil bildirir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun bu haqda açıqlaması həqiqətə uyğun deyil.

Mehman Sadıqov deyib ki, “Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib. Bununla da daxili nizam-intizam qaydalarını pozub”. Penitensiar Xidmətin sözçüsünün dediyinə görə, telefon danışığına nəzarət edəəməkdaş danışığın dayandırılması barədə qərar qəbul edib: “Bununla əlaqədar Cahangir Hacıyev həmin əməkdaşa qarşı kobudluq edib. İntizama dəvət olunmasına baxmayaraq mövcud rejim qaydalarına riayət etməkdən imtina edib. O buna qədər dəbir neçə dəfə daxili intizam qaydalarının pozulmasına yol verib. Lakin onunla aparılan profilaktik söhbətlər müsbət nəticə vermədiyinə görə cərimə təcridxanasına keçirilib. Onun barəsində olan tənbeh müddəti bitdiyi üçün artıq cərimə təcridxanasından çıxarılıb”.

Cahangir Hacıyevin vəkili Aqil Layıcov müvəkkili haqqında səslənən ittihamlara beləcavab verib:

“İlk növbədə qeyd edim ki, müəssisə daxili davranış və intizam qaydalarına əsasən,  bir məhkum telefonla danışanda başqa bir məhkumun dəstəyi alıb onun danışdığı adamla danışması intizam məsuliyyətinə səbəb ola bilməz. Penitensiar Xidmətin rəsmisi bu versiyanı elə səsləndirib ki, sanki qayda pozuntusu və qanuna zidd davranış varmış. Ən azı, belə absurd bəhanədənsə, sualıma cavab versinlər ki, Cahangir Hacıyevin vəkilləri ilə görüşünə niyə imkan verilmir? Vəkillə görüşməyə heç bir halda, məhdudiyyət qoyula bilməz, hətta şəxs cərimə təcridxanasında olsa belə. On gündür ki, hər gün gedib- gəlməyimizə rəğmən müvəkkilimizlə görüşə bilmirik. Onun yaxınları ilə görüşünə də qadağa qoyulub. İsti paltarların, yemək və dava-dərman qəbulu qadağan edilib. Həmçinin digər hüquqları da əlindən alınır.

Penitensiar Xidmətin açıqlamasında bildirilir ki, guya Cahangir Hacıyev dəfələrləintizam qaydalarını pozub. Bu, nöqtəsinə qədər yalandır. Bu cür bəyanatlar verəndə, niyə düşünmürlər ki, texniki tərrəqinin inkişaf çağında yalan bəyanatlar dərhal ifşa ediləcək.

Bİz baş verən qanun pozuntuları ilə əlaqədar dəfələrlə ölkə başçısına, ƏdliyyəNazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına dəfələrlə müraicət etmişik. Amma çox təəssüf ki, reallıq tam başqadır.

Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasına gəlincı, bunun yeganə səbəbi, onun mətbuada gedən qarayaxmalara öz mövqeyini bildirməsidir. Əgər bu, cinayətdirsə, onda Konstitusiyada, daxili qanunlarımızda və qoşulduğumuz beynəlxalq sənədlərdə qeyd olunan ifadə azadlığına dair mütərəqqi normaları leksikonumuzdan çıxaraq. Varsa, bu hüquqlarlardan hər kəs yararlana bilər, o cümlədən cəza çəkən şəxslər. Onun ancaq ancaq azadlığı məhdudlaşıb, digər hüquqları, məsələn, informasiya almaq, informasiya vermək kimi hüquqlar ona da aiddir. Bu hüquqlar məhdudlaşdırıla bilməz”.

Xatırladaq ki, Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib və hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL