Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Hәbsdәki jurnalistin anası: “Oğlumu dəmir çarpayıya qandallayıb…”

Tarix:5-10-2017, 10:26 Baxış Sayı:171

Hәbsdәki jurnalistin anası: “Oğlumu dəmir çarpayıya qandallayıb…”

Oktyabrın 3-də Zahirə Şirəliyeva 9 saylı Cəzaçəkmə Müəsissəsində 10 günlük cərimə kamerasında qaldıqdan sonra oğlu Cavid Şirəliyevlə görüşüb.

Zahirə Şirəliyeva görüşdən sonra oğluna işgəncələr verilməsi ilə bağlı Facebook-da  məlumat yayıb.

Cavid Şirəliyev 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.

C.Şirəliyev 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Juranlist ittihamları qəbul etmir və həbsini sifariş hesab edir.

“Oğlum karsdan çıxandan sonra səhhətində ciddi problemlər yaranıb. Bildiyiniz kimi 7gun.az saytının bas redaktoru, hüquq müdafiəcisi ve jurnalist Cavid Şirəliyev və Rüfət Səfərov aclıq aksiyası keçirmək istədiklərinə görə karsa salınıblar. 10 gun karsda olan müddətdə ağır işgəncələrə məruz qalıblar. Oğlum Cavidi asfalta yıxaraq əllərinə qandal vurulmuş vəziyyətdə təpik, dubinka ilə ürəkləri soyuyana qədər döyüblər. Cavidin şalvar-köynəyi cırıq-cırıq idi, paltarlari hal-hazirda məndədir. Əllərini və ayaqlarını dəmir çarpayıya qandallayaraq 3 saatdan çox saxlayıblar. Mənimlə olan müddətdə vəziyyəti çox pis idi. Heç nə yemir, həkim müayinəsinə ehtiyacı var. 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi oğlumu Qobustan həbsxanasına göndərməklə hədələyir. Cavid ozü ictimaiyyətə müraciət ünvanlamışdı, təəssüf ki, həmin müraciəti oğlumun əlindən aldılar və bizi cəzaçəkmə müəssisəsinin rəhbərliyinin yanına apardılar”, müraciətdə qeyd edilir.

“Mən Cavid Sirəliyevin anasi olaraq bütün cəmiyyəti və hüquq müdafiəçilərini oğluma dəstək olmağa çağırıram”, ana qeyd edir.

Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində işgəncə ilə bağlı söylənilənləri dünən təkzib edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov “Rüfət Səfərova və ya digər hər hansı şəxsə işgəncə verilməsinin mümkünsüz” olduğunu bildirib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL