Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir, deyə “Antikollektor” şirkətinin rəhbəri Əkrəm Həsənov “Facebook” səhifəsində yazıb.
O, qeyd edib ki, Avropa Məhkəməsi onun verdiyi 3 şikayətlə bağlı kommunikasiyaya başlayıb.
“Avropa İnsan Haqları Məhkəməsi üç işi bir kommunikasiyada birləşdirib. Bunlar “Rabitəbank”a borcu olan Vahid Kərimov, “Unibank”a borcu olan Mübariz Bayramov və digər vətəndaşa borcu olan Mahir Abbasovun işidir”, deyə o bildirib.
Ə.Həsənov yazıb ki, o, şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) və 4-cü Protokolunun 1-ci maddəsinin (“Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”) pozulduğunu iddia edib.
“Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edib. Hökumətimizin rəyi sonra mənə göndəriləcək və mən də həmin rəyə münasibətimi bildirəcəyəm”, deyə Ə.Həsənov qeyd edib.
Artıq gələn il Avropa Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edəcək.
“Pozuntunun açıq-aşkar olduğunu nəzərə alaraq, böyük ehtimalla şikayətlərimiz təmin olunacaq və dövlətimiz borca görə həbs etdiyi vətəndaşlarımıza kompensasiya ödəməli olacaq. Onu da deməliyəm ki, Avropa Məhkəməsinin indiyədək Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin pozulması ilə bağlı heç bir qərarı olmayıb. Təəssüf ki, birinci olacağıq. Gərarı gəbul edənj hakimlərimiz və icra məmurlarımızın, onlara təzyiq edən banklarımızın sayəsində”, deyə ekspert yazıb.
Ə.Həsənov bu xəbərdən sonra borca görə həbslərə son qoyulacağına ümid etdiyini bildirib. “Ən əsası isə həbslə hədələmə halları da tariximizin bir səhifəsinə çevriləcək. Hər bir halda Avropa Məhkəməsi öz sözünü deyəndən sonra buna son qoyulacaq! Çox az qalıb”, deyə ekspert qeyd edib.