Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
AXCP Binəqədi rayon şöbəsinin üzvü, Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqdən öncə saxlanılaraq 25 sutka həbs cəzası alımış Ramid Nağıyev bu gün vəkili Yalçın İmanovla görüşüb. Bu haqda “Azadliq.info”ya məlumat verən vəkil bildirib ki, gənc fəal ona necə həbs olunduğunu ətraflı danışıb.
R.Nağıyev vəkilinə deyib ki, oktyabrın 3-də saat 12 radələrində zəng edib, onu Binəqədi rayonu, 6-cı polis bölməsinəçağırıblar. O da həmin gün bölməyə gedib və axşam saat 16.00-a qədər orada saxlanılıb. Cəbhəçi fəalın sözlərinə görə, orada onun şəklini çəkiblər, əl-barmaq izlərini götürüblər, ailə üzvləri, qohumları haqda məlumatlar alıb buraxıblar. Oktyabrın 4-də səhər saatlarında yenə zəng gəlib. Zəng edən şəxs özünü bölmənin əməkdaşı İlkin kimi təqdim edərək, onu yenə çağırıb. O da öz növbəsində işə gecikdiyini deyib.
“Polis bildirdi ki, guya bir gün əvvəl götürülən əl izlərim yaxşı düşməyib, ona görəyenidən götürəcəklər, on dəqiqəlik işdir. Zəng eləyən polis dedi ki, hardasansa, özüm gəlim ora. Danışdıq ki, Biləcəridəki polis məntəqəsinin qarşısında görüşək. Elə ora çatanda gördüm ki, iki maşından 6 nəfər düşdü. Onlardan beşi mülki geyimli, biri polis formasında idi. Məni zorla maşına basıb 6-cı polis bölməsinə gətirdilər. Orada barəmdəsaxta protokol tərtib elədilər ki, guya yüksək səslə telefonla danışanda söyüş söymüşəm, məni intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışam. Mən protokola imza atmadım. Məni Binəqədi rayon məhkəməsinə gətirib, 25 sutka həbs haqda qərar aldılar”, – Ramid Nağıyev vəkilinə belə deyib.
Hazırda Binəqədi rayonunda inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada olan Ramid Nağıyev onu da bildirib ki, məntəqədə iki nəfərlik kamerada 4 nəfərdilər: “Televizor yoxdur, yeməklər keyfiyyətsiz və zəifdir. Gündəlik hava gəzintisi norması 3 saat olsa da, cəmi 10-12 dəqiqə havada qalmağa icazə verilir”.
Yalçın İmanov Ramid Nağıyevin həbsi haqda Binəqədi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.