Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Azərbaycan bu dəfə mülkiyyət hüquqları ilə bağlı cərimələnib
“Bu gün Avropa Məhkəməsi Azərbaycana qarşı 22 iş üzrə qərarlarını elan edib”- bunu Facebook profilində vəkil Əsabəli Mustafayev yazır:
“Həmin işlərdən 17-də mən nümayəndə qismində iştirak edirəm. Bu işlərin hamısı mülküyyət hüququnun müdafiəsi ilə bağlıdır. Bu məqamı xüsusilə vurğulayıram. Çünki bəzən mənə və digər kollegiyalarıma irad bildirilir ki, biz ancaq siyasi və içtimai fəalları müdafiə edirik, digər ehtiyacı olanlar xidmətimizdən istifadə edə bilmir. Qeyd etməliyəm ki, Avropa Məhkəməsinə göndərdiyim 370 şikayətin ən azı yarsında ərizəçilər heç bir siyasi və içtimai fəaliyyətlə məşğul olmayanlardır. İndiyə qədər udduğumuz işlərin də əksəriyyəti adi mülkü və ya cinayət işləridir. Şanslı olan heç bir işi icraata götürməkdən də imtina etmirik.
P.S. Bununla da Avropa Məhkəməsində udduğumuz işlərin sayı 132 oldu”.
Avropa Məhkəməsinin son qərarlarına vəkil Fariz Namazlı FB statusunda aydınlıq gətirib: “Bu şikayət ölkədaxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlıdır. Hökümət bəzi işlər üzrə kompensasiyaların verilməsini əsas götürərək onların siyahıdan çıxarılmasını xahiş edib, lakin Avropa Məhkəməsi hesab edib ki, verilən kompensasiyalar adekvat deyil. Buna görə də Məhkəmə Konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) və Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusuna dair qərar verdi və ümumilikdə ərizəçilərə 90950 Avro ödənilməsini müəyyən etdi. Şikayətçilər bunlardır: Arif Islamzadə, Almas Abdullayeva, Məzahir Bağırov, Namiq Hacıyev, Isa Rüstəmov, Rəna Qasimova, Söhbət Qayibov, Akif Xəlilov, Əziz Ağasıbəyov, Elman Şahmuradov, Cümşüd Ismiyev, Nəcəfalı Babayev, Təbriz Həsənov, Şahlar Quliyev, Tahir Məcidov, Dashdəmir Alıyev, Leyla Məmmədova, Xaləddin Məmmədov, Kamil Nəcəfov, Məhəmməd Abbasov, Səlbi Baxşıyeva, Ziyadxan Əhmədov”.