Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Acların sayına görə Gürcüstan və Ermənistan bizdən geridədir

Tarix:12-10-2017, 13:24 Baxış Sayı:175

Acların sayına görə Gürcüstan və Ermənistan bizdən geridədir

Dünyada acların 60 faizini qadınlar və qızlar təşkil edir. Bu mənzərənin kökləri sosial struktura gedib çıxır – qadınların təhsilə, tibbi xidmətə, resurslara çıxışının olmamasına. Eynilə, etnik azlıqlar da ayrıseçkiliklə üzləşir və daha çox yoxsulluq və aclıq görürlər.

Oktyabrın 12-də 2017-ci il Qlobal Aclıq İndeksi açıqlanıb. İndeksi Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu (IFPRI), «Concern Worldwide» və «Welthungerhilfe» təşkilatları hazırlayıblar.

AZƏRBAYCANIN BALINDA İRƏLİLƏYİŞ VAR, AMMA…

Hesabatda bildirilir ki, dünyada aclığın miqyasının azaldılması üzrə uzunmüddətli proqres əldə olunub. Amma hələ də milyonlarla adam xroniki aclıqdan, bəzi yerlərdə kəskin ərzaq böhranından əziyyət çəkir.

Azərbaycan 119 ölkə içində 9.6 bal toplayıb. Ötənilki bal 9.8 idi, yəni bu il irəliləyiş var. Rusiya (6.2), İran (7.6), Ermənistan (7.7) və Gürcüstanda (7.7) durumun Azərbaycana nisbətən daha yaxşı olduğu bildirilir.

Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.

ÖLKƏİÇİ FƏRQLƏR

Builki indeks qarışıq nəticələri ortaya qoyub: uzunmüddətli götürəndə, aclığın səviyyəsində azalma olsa da, qlobal səviyyə yüksək olaraq qalır. Fərqlər təkcə ölkələr üzrə deyil, həm də ölkələr daxilindədir.

Məsələn, Cənubi Afrika Respublikasında (CAR) durum olduqca ağırdır və son 17 ildə heç bir irəliləyiş əldə olunmayıb – 2000 və 2017-ci illərin indeksi eynidir – 50. 14 ölkə isə həmin müddətdə indekslərini 50 faizdən çox azalda biliblər. İndeksin azalması durumun yaxşılaşdığını göstərir.

Nigeriyanın şimal-şərqində 4.5 milyon nəfər aclıq içindədir, ölkənin qalan hissəsində isə ərzaq təhlükəsizliyi nisbətən təmin olunub.

Uşaqların yaş üzrə inkişafdan qalmasına görə Əfqanıstanda durum dramatik fərqlənir – ölkənin bəzi yerlərində uşaqların 24.3, bəzilərində 70.8 faizi geri qalır.

Ümumilikdə, 2000-ci ildən bəri dünyada aclıq səviyyəsi 27% azalıb. Aclıqdan səkkiz ölkə ən çox əziyyət çəkir. Yəməndən başqa onların hamısı Afrikada yerləşir: CAR, Çad, Liberiya, Madaqaskar, Syerra-Leone, Sudan və Zambiya. Bu ölkələrin çoxunda son onilliklər ərzində siyasi böhran və münaqişələr baş verib. CAR və Yəməndə isə son illər müharibələr alovlanıb.

Hesabatda ərzaq təhlükəsizliyinə hədələrin hələ də qaldığı bildirilir. Münaqişə və iqlim dəyişikliyinin yoxsulları daha çox vurduğu qeyd olunur. «Aclıq ayrıcalıq etmir» desələr də, edirmiş, aclıq onsuz da zəif və imtiyazlardan məhrumlar arasında daha amansızlıqla və davamlı hökm sürür. Müəlliflər belə deyirlər.

Bir məqam da maraqlıdır ki, dünyada yoxsulların 75%-i (3/4-ü) kənd yerlərində yaşayır.

İndeksi hazırlayanlar bildirirlər ki, hədəf dünyada 2030-cu ilədək aclığın kökünü kəsməkdir. Ancaq 20 milyon adamın hazırda aclıq riskiylə üz-üzə qalması həmin məqsədə çatmağın çox uzaqda olduğunu göstərir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL