Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Məhkəmə Turan agentliyinin iddiasının təmin edilməsini mümkünsüz sayıb

Tarix:13-10-2017, 12:38 Baxış Sayı:188

Məhkəmə Turan agentliyinin iddiasının təmin edilməsini mümkünsüz sayıb

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Turan agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasının təmin edilməsini mümkünsüz hesab edib.

İddiada 2010-2017-ci illər üçün agentlikdə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi barədə qərarın etibarsız və qanunsuz tanınması xahiş edilib.

Sədrlik edən hakim Müseyib Bayramov iddianı məqbul saymayıb və səyyar yoxlamanın inzibati akt olmaması və ondan şikayət verilməməsilə bağlı Vergilər Nazirliyinin nümayəndəsinin vəsatətinəəsaslanıb.

Beləliklə, məhkəmə faktiki olaraq iddiaya baxılması ilə bağlı məsuliyyəti öz üzərindən atıb, iddiaya baxılmasını Apellyasiya Məhkəməsinin öhdəsinə buraxıb.

Vəkil Fuad Ağayev cavabdehin dəlilləri və məhkəmənin qərarı ilə razı olmadığını bildirib. O deyib ki, Vergilər Nazirliyinin 7 sentyabr 2016-cı ildə təsdiülədiyi “Səyyar vergi yoxlamalarının icraatı qaydaları”na əsasən vergi ödəyicisi 30 gün müddətində yoxlama barədə qərardan şikayət vermək hüququna malikdir.

F.Ağayev qeyd edib ki, iddiaçı Apellyasiya Məhkəməsinə müraciət edəcək və apellyasiya şikayətinə baxılması üçün ən azı bir ay lazım gələcək.

Turan agentliyinin digər iddiasına, agentliyə qarşı cinayət işinin açılması barədə 7 avqust tarixli qərarın qanunsuz olması ilə bağlı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iddiasına baxılması isə dekabrın 5-nə keçirilib.

Turan Vergilər Nazirliyinin və məhkəmənin hərəkətlərini agentliyə və onun direktoru Mehman Əliyevə qarşı cinayət təqiblərinin uzadılması, kollektivin jurnalist fəaliyyətinə əngəl yaradılması kimi qiymətləndirir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL