Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Qusar sakini: “Polislər qardaşımı döyərək xəstəxanalıq ediblər”

Tarix:16-10-2017, 12:28 Baxış Sayı:148

Qusar sakini: “Polislər qardaşımı döyərək xəstəxanalıq ediblər”

«Qardaşım öz xidməti ərazisindəymiş. Yaxınlaşıb söz soruşublar, cavab verib. Sonra da kobud danışmağa başlayıblar. Niyə döyüblər, bilmirik. Hazırda xəstəxanadadır. Qardaşımın vur-tut 55-60 kilo çəkisi var. Fəhlə adamdır. Sən deyən, bir canı-cəsədi də yoxdur ki, bunların zərbələrinə davam gətirə…».

Qusar sakini Nəvahi Abdullayev AzadlıqRadiosuna danışır ki, qardaşı Səbuhi Abdullayev oktyabrın 13-ü günorta saatlarında Qusar rayonunda, meşə gözətçisi kimi xidmət göstərdiyi meşə zolağında Qusar polis şöbəsinin Ədalət və Əsman adlı əməkdaşları tərəfindən döyülüb.

«MEŞƏNİN ORTASINA ATIB GEDİBLƏR»

S.Abdullayev bir müddətdir ki, meşə gözətçisi işləyir. Onun polislər tərəfindən döyülməsinin səbəbini heç qardaşı da bilmədiyini deyir:

«Hələ də bilmirik ki, polislər bu adamı niyə döyüblər. Ətraflı məlumatımız yoxdur. Qardaşım Qusar xəstəxanasındadır, vəziyyəti yaxşı deyil. Möhkəm döyülüb, üzü-gözü partlayıb. Fəhlə adamdır, kasıbçılıqla ailə saxlayır. Onu döyənlərin cəzalandırılmasını istəyirik. Özləri gəlib sataşıblar, sonra da döyüb, meşənin ortasına atıb gediblər. Evə gəlməyib, ailəsi narahat qalıb, gedib meşədən huşsuz vəziyyətdə tapıblar».

Qusar Rayon Xəstəxanasından bildirilib ki, S.Abdullayev oktyabrın 14-də xəstəxanaya kəllə-beyin travması, üz nahiyəsinin xəsarətləri və burunda sınıqlarla gətirilib.

Qusar Rayon Polis Şöbəsindən AzadlıqRadiosuna deyiblər ki, faktı Qusar Prokurorluğu araşdırdığı üçün heç bir məlumat verə bilməzlər.

Qusar Rayon Prokurorluğundan bildirilib ki, meşə gözətçisi S.Abdullayevin döyülmə faktı ilə bağlı araşdırma aparılır. S.Abdullayevin izahatı alınıb və adlarını qeyd etdiyi polis işçiləri də dindiriləcək.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL