Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

“Polis şöbəsində huşumu itirənədək döydülər”

Tarix:16-10-2017, 15:44 Baxış Sayı:142

“Polis şöbəsində huşumu itirənədək döydülər”

«Biri dedi, ««ho» elə görüm içkilisən, ya yox». Mən də aparat tələb etdim. Dedi, «aparatımız yoxdur, sən eləcə «ho» elə, biz özümüz biləcəyik, içmisən, yoxsa içməmisən». Nə isə, mən bunların istədikləri qədər «ho» elədim, arxayın oldular ki, içkili deyiləm. Sənədlər də qaydasında… Dedilər, «düş maşından»».

Şəki sakini, «Region mediası» qəzetinin təsisçisi Nicat Mirzəxanlı AzadlıqRadiosuna danışır ki, oktyabrın 13-dən 14-nə keçən gecə saat 1-in yarısında Şəkinin mərkəzi 20 Yanvar küçəsində idarə etdiyi maşını yol polisləri saxlayıb.

«POLİSLƏ POLİSLİK EDƏCƏKSƏN?»

Əvvəlcə sürücünün sənədləri və içkili olub-olmadığı yoxlanılıb. Sonra maşından düşməsi tələb olunub. Sürücü səbəbini soruşduqda, özü demişkən, ara qarışıb:

«Dörd nəfər Yol polisi əməkdaşı idi. Dirəşmişdilər ki, «düşməlisən, vəssalam». Mən də dedim, «səbəbini deməsəniz, düşməyəcəm, sənədlərim qaydasında, özüm içkili deyiləm, qaydanı da pozmamışam, daha nə istəyirsiniz?». Dedilər, «kefimiz belə istəyir, sən polislə polislik edəcəksən?». Məni sürüyüb aşağı saldılar, döyə-döyə aparıb öz xidməti maşınlarına mindirdilər, Şəki polis şöbəsinə gətirdilər».

Şikayətçinin sözlərinə görə, polislər onu burada da döyməkdə davam ediblər:

«Elə müşahidə kamerasının qarşısındaca məni təpiklə, yumruqla, şilləylə döyməkdə davam etdilər. Sonra içəri apardılar, bir küncə sıxışdırıb, huşumu itirənədək döydülər. Huşumu itirəndən sonra heç nədən xəbərim olmayıb. Gecənin bir vaxtı məni ayıltdılar. Gedib araşdırıb bilmişdilər ki, qəzetdə çalışıram, qorxuya düşmüşdülər. Məni şöbədən buraxdılar, dedilər, «burda nə olubsa, yaddan çıxart, səhv etmişik». 30 manatlıq protokol yazdılar, dedilər, «narahat olma, özümüz ödəyəcəyik»».

«İŞVERƏNLİK EDİRSƏN»

N.Mirzəxanlı həmin gecə evə gedib, ancaq başgicəllənmə, qusma onu narahat etdiyindən gecəylə rayon mərkəzi xəstəxanasına götürülüb. Ona qapalı kəllə-beyin travması və ayaqların əzilməsi diaqnozu qoyulub, tibbi yardım göstərilib:

«Bir az özümə gəldim, sonra Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurub başıma gələnləri danışdım. Səhərə yaxın saat 6-nın yarısında Şəki polisindən Cəfər adlı polis leytenantı xəstəxanaya məndən izahat almağa gəlmişdi. O da çox kobud davrandı, dedi, «gecə vaxtı nə xəbərdir, 102-ni yığmısan, camaatı da narahat eləmisən. İşverənlik edirsən, Allah bizi sənin kimi kişilərdən qorusun», filan…».

Şikayətçinin sözlərinə görə, dörd polis işçisindən biri Ramil Adamov, biri Azər Quliyev, birinin adı Tərlandır, dördüncünün adını xatırlamır.

Şəki Rayon Polis Şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, Daxili İşlər Nazirliyinin icazəsi olmadan məlumat verə bilməzlər. Daxili İşlər Nazirliyindənsə hələlik məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Şəki Rayon Prokurorluğundan bildirilib ki, N.Mirzəxanlının döyülmə faktı ilə əlaqədar araşdırma aparılır. N.Mirzəxanlı izahatı alınması üçün prokurorluğa dəvət olunub.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL