Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Qapalı siyasi sistemlərdə bütün sahələr, bütün peşələr inkişafdan geri qalır. Texniki sahələrin geriliyi yalnız, ya da əsasən maddi olursa, hüquq, siyasət, sosial, təhsil, elm və başqa oxşar sahələrdə geriliyin özəlliyi hər zaman mənəvi olur. Nəticədə, bu peşə sahiblərinin ən iddialı olanları mənəvi fəallığa (moral activism’ə) girişirlər. Mənəvi fəallıq heç də arzulanan bir nəsə deyil. Buradan yalnız iki yol vardır. Ya, insanları daha yaxşı tanıyandan sonra, toplumdan küsürsən, ya da siyasiləşirsən.
Birincilərin topluma heç bir faydası ola bilmir. Onlar ya ölkədən gedirlər, ya da, ölkədə qalmağı seçsələr, xalqı söyürlər. İkincilər, fürsət yaranarsa, uğurlu siyasətçi ola bilərlər, amma öz peşələrinin inkişafına heç bir fayda verə bilməyəcəklər. Niyə? Çünki hüquq, elm, təhsil, sağlamlıq və s. kimi peşələr siyasətdən uzaq olmalıdır.
BDU’da müəllim olduğum illərdə tələbələrimə bunu deyirdim – bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur. Mən siyasətə girəndən sonra keçmiş tələbələrim mənə bu sözlərimi ara-sıra xatırladırlar, yanaşmamda dəyişikliyin olub-olmadığını soruşurlar. Yanaşmamda heç bir dəyişiklik olmayıb. Sözümün üstündə qalıram. Bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur. Öz təcrübəmdə bunu çox aydın gördüm. Siyasətə girəndən, özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir – məndən siyasətçi çıxmaz. Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün, yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. ReAl’da qalıram – dostlara yardım etmək üçün. Amma ReAl’ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam.
P.S. Bugün hüquqçuların bir toplantısında hüquqdan çox uzaq düşdüyümü anladım və dərindən darıxdım. Ona görə də bu paylaşımı yazdım. Ağlınıza başqa bir nəsə gəlməsin. Hər şey yaxşıdır, tələsən yerimiz yoxdur!
P.P.S. Səhifəmdə yazmağı davam edəcəyəm, siyasətə daha çox maarifçi yanaşacağam”.