Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Rəsmi qurumlar ekspertin məqaləsinə hələ münasibət bildirməyib

Tarix:19-10-2017, 13:14 Baxış Sayı:211

Rəsmi qurumlar ekspertin məqaləsinə hələ münasibət bildirməyib

İqtisad elmləri doktoru Qubad İbadoğlu ölkədə vaxtı keçmiş kreditlərin yaradacağı problemlərdən yazıb. Onun facebook səhifəsində dərc etdiyi məqaləni təıqdim edirik:

Vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib.

Təxirəsalınmaz tədbirlər görülməzsə bu problem daha da “yoğunlaşaraq” nəinki maliyyə bazarlarını sıradan çıxaracaq, həm də onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq.

Borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir.

Hazırda Azərbaycanda 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-nə olan məlumata görə, onların müştərilərinin sayı 5 milyon 720 min 291-dir. Bu müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı vardır. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötərək cəmi kredit qoyuluşunda 15 faizə çatıb. Yeri gəlmişkən bu o deməkdir ki, borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir və onların da 15 faizinin borc problemi ya məhkəmədə, ya da məhkəmə qərarlarının icrası strukturlarında “rüşvətlə çözülür”.

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Son məlumatlara görə, vaxtı keçmiş borclar bankların kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatından (1 milyard 635 milyon 700 min manatdan) çoxdur. Bu isə artıq o deməkdir ki, vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib. Əslində isə borcların həcmi çoxdan böhranlı səviyyədədir. Çünki, daxili istifadə üçün nəzərdə tutulan hesabatlara görə, bankların risk portfelində olan 30 gündən artıq müddətdə qaytarılmayan borcları bu ilin martında 44,2 faiz, iyununda 51,7 faizə qədər artıb. Hazırda isə şübhəli borcların həcmi 60 faizə yaxınlaşır.

Bankların risk portfelində olan 30 gündən artıq müddətdə qaytarılmayan borcları bu ilin martında 44,2 faiz, iyununda 51,7 faizə qədər artıb. Hazırda isə şübhəli borcların həcmi 60 faizə yaxınlaşır.

Beləliklə də bir tərəfdən ölkədə işgüzar fəaliyyət mühitinin olmaması, banklara inamın itməsi ucbatından azalan kredit qoyuluşları (bankların cari ilin sentyabrın 1-ə olan toplam kredit qoyuluşları ötən ilin eyni dövrünə nisbətən 26,5 faiz azalıb), digər tərəfdən isə könüllü geri qayitmayan borcların məcburi alınmasına görə yaranan əlavə xərclər və zərərlər əksər bankların maliyyə durumunu pisləşdirib.

İndiki şərtlərlə onlar hətta kredit faizlərini aşağı salmaqla da böhrandan çıxa bilmirlər. Bu ilin 8 ayında banklar maliyyə fəaliyyətlərini 350 milyon manat xalis mənfəətlə başa vursalar da bu göstəricinin də tendensiyası neqativdir. Belə ki, bu ilki xalis mənfəətin orta aylıq səviyyəsi (43,75 milyon manat) ötən ilin eyni göstəricisindən (139 milyon manat ) 3,17 dəfə azdır. Bu il ərzində bankların xalis mənfəət göstəricisinin sürətli aşağı düşməsini şərtləndirən başlıca amil onların əsasən xalis faiz gəlirlərindən formalaşan mənfəətinin azalmasıdır. Buna baxmayaraq hələ də bankların xalis faiz gəlirləri qeyri-faiz gəlirlərini üstələyir. Bu isə mənfəəti əsasən faiz gəlirlərindən formalaşan banklar üçün daha tutqun perspektiv yaradır.

Odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası təxirəsalınmaz tədbirlərə əl atmalı, bank bazarını liberallaşdırılmalı, bank kapitalının konsolidasiyası siyasətini davam etdirməli, qaytarılmayan borcları geri almaqla və ya onların satış bazarını formalaşdırmaqla bankları və müştəriləri hazırkı çətin durumdan çıxartmalıdır.

Parlament isə öz növbəsində bu problemin həlli üçün hüquqi əsas yaratmalı, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməlidir. Əks təqdirdə borc problemi daha da “yoğunlaşaraq” nəinki bankları və qeyri-bank institutlarını, bütövlükdə maliyyə bazarlarını sıradan çıxarıb, onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq.

Rəsmi qurumlar ekspertin məqaləsinə hələ münasibət bildirməyib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL