Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

SOCAR-ın istiqrazlarına inam yoxdur

Tarix:20-10-2017, 14:08 Baxış Sayı:197

SOCAR-ın istiqrazlarına inam yoxdur

SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasından bir il ötür. Bu dövr ərzində ciddi kampaniya aparılsa da, bu istiqrazlara marağın olmadığını iddia etmək olar.
Bəs SOCAR-ın istiqrazlarına marağın olmaması, bu qədər təbliğata rəğmən vətəndaşların bu qiymətli kağıza etimad göstərməməsinin səbəbi nədir?
Bu barədə unikal.org-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, SOCAR-ın istiqrazları cəmiyyət tərəfindən etimadlı qiymətli kağız kimi qəbul olunmayıb. Onun sözlərinə görə, SOCAR-ın ilk vaxtlar apardığı kampaniyada kifayət qədər şişirtmələr var idi:
“Kampaniyanın ilk mərhələsində belə bir açıqlama verildi ki, tələb o qədər çox oldu ki, hamısı qurtarıb. Amma qeyri-rəsmi söhbətlərdən aydın oldu ki, əslində belə deyil. Yəni, maliyyə, sığorta təşkilatlarından, banklardan xahiş etdilər ki, istiqrazları alsınlar. Buna səbəb də odur ki, əhali kütləvi şəkildə bu istiqrazlara maraq göstərmədi. Onu da deyim ki, adətən hər hansı qiymətli kağız bazara çıxdığı ilkin mərhələdə reklam olunur. Amma bu ilin əvvəlində SOCAR yenidən reklama başladı. O zaman paradoks yaranır. Axı deyirdiz ki, istiqrazların hamısı satılıb. Satılan məhsulu niyə yenidən reklam edirsən? Bir də ki, SOCAR bu istiqrazları hansısa maliyyə təşkilatlarına satıbsa, bundan sonrakı mərhələ nəyə görə onlara maraqlıdır? Buradan bir daha aydın olur ki, həmin istiqrazlar xahiş-minnətlə paylanılıb. İndi də satılmır deyə, əl-ayağa düşüblər. Təbii ki, alanlar olub, amma təbliğ olunan səviyyədə deyil”.
Ekspert onu da nəzərə çatdırıb ki, hazırıkı nəticə onu göstərir ki, istiqrazların buraxılması uğursuz olub. Onun sözlərinə görə, SOCAR yəqin ki, buna görə də susmağa üstünlük verir: “Bir də ki, insanlar baxırlar ki, banklarda sığorta edilmiş əmanətlərini geri ala bilmirlər, o zaman hansısa istiqraza necə etimad göstərə bilərlər? Nəzərə alsaq ki, bu istiqrazların heç bir sığortası, təminatı yoxdur. O zaman kim istiqraza pul yatırar. Bütütn bunlar bizim maliyyə sistemimizin etimaddan düşməsinin nəticəsidir”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL