Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İpoteka Fondunda kobud qanun pozuntuları aşkarlandı

Tarix:23-10-2017, 17:19 Baxış Sayı:159

İpoteka Fondunda kobud qanun pozuntuları aşkarlandı

Hesablama Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitlərinin formalaşması və istifadəsinin təhlili zamanı gəldiyi nəticələri açıqlayıb.

Hesablama Palatasının rüblük rəsmi məlumat bülleteninə istinadən, dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə cəlb edilmiş vəsaitlər likvidliyin təmin olunması məqsədilə ipoteka kreditlərinin həcminə uyğun verilməsinə tam istiqamətlənməyib, əhalinin aztəminatlı hissəsinin ipoteka kreditlərindən yararlanmasını asanlaşdırmaq məqsədi ilə ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydalarının hazırlanaraq təsdiq edilməsi təmin edilməyib, həmçinin ipoteka kreditləri üzrə mövcud real tələbin ödənilməsi üçün strateji maliyyə planlaşma sənədləri hazırlanmayıb.

Sənəddə qeyd olunub ki, respublikanın regionları üzrə verilmiş ipoteka kreditlərinin həcmi Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olub: “Belə ki, 2015-2016-cı illərdə Cəmiyyət tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin 96,4%-i Bakı, Sumqayıt, Gəncə şəhərlərinin və Abşeron rayonunun payına düşübsə, yalnız 3,6%-i respublikanın digər regionlarını əhatə edib”.

Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində bildirilib ki, mənzillərin orta bazar qiymətlərinin müəyyən edilməsi zamanı əhalinin bir sıra çətinliklərlə üzləşməsi müşahidə olunub, lisenziyası ləğv olunmuş və ya maliyyə göstəricilərinə görə nəzarətə götürülmüş bankların ipoteka krediti portfelinin müvafiq tədbirlər çərçivəsində digər banklara ötürülməsini tənzimləyən qaydalar mövcud olmayıb, ləğv olunmuş banklarda öhdəliklər üzrə hesablanmış 200,9 min manat məbləğində faiz borcunun müddəti ötsə də Cəmiyyətə ödənilməsi təmin edilməyib. Bundan başqa, 2016-cı il ərzində əsas borc üzrə müəyyən edilmiş müddəti keçməsə də vaxtı ötmüş kreditlərin həcmi 19,7 min manat artaraq 50,4 min manata çatıb.

“ Dövlət büdcəsindən ayrılmış vəsaitin Cəmiyyətin müvafiq hesabına düzgün mədaxil olunmasına nəzarət məqsədi ilə Dövlət Xəzinədarlıq orqanı ilə üzləşdirmə sənədləri rəsmiləşdirilməyib, vəsaitlərin depozitə yerləşdirilməsi zamanı bankların seçim meyarlarında dəqiqləşdirmələr aparılmasına ehtiyac yaranıb.

Cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi 32 mln. 133,6 min manat məbləğində mənfəət bölüşdürülməyib, müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması zamanı müvafiq qaydaların tələbləri gözlənilməyib, daxili nəzarət tədbirlərinin və monitorinqlərin keçirilməsi zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nəzarət tələb olunan səviyyədə olmayıb”, – deyə sənəddə vurğulanıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL