Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Azərbaycanda kredit faizləri daha artacaq

Tarix:27-10-2017, 16:54 Baxış Sayı:181

Azərbaycanda kredit faizləri daha artacaq

Növbəti ildə Azərbaycanın bank sektorunun IFRS-9 (beynəlxalq maliyyə hesabatı) standartının tətbiqi ehtiyat ayırmalarının 15% artmasına gətirib çıxaracaq ki, bu da sonda kredit faiz dərəcələrinin 2-3 faiz bəndi artması ilə nəticələnə bilər.

Bu barədə  “Deloitte Azerbaijan” audit şirkətinin risklərin idarə olunması, təhlükəsizlik və gizlilik üzrə məsul direktoru Tural Hacıyev məlumat verib. Onun sözlərinə görə, ancaq bu, banklardan asılıdır.

“IFRS-9 standartının tətbiqi ilə ehtiyatlar artacaq ki, bunun da sonda qiymətlərə təsir edib-etməməsi bankların seçimidir. Qiyməti artıran və artırmayan banklar olacaq. Elə banklar var ki, qiyməti faktiki müəyyənləşdirəndə daha çox zərərə gedib, daha az faizlə satış edəcək. Qiyməti artıranlar isə faiz dərəcələrini yüksəldəcək. Bu, bankların daxili qərarıdır. Bankların yarısı qiymət artımına gedəcəyini, digər yarısı artırmayacağını deyir”, – deyə şirkət rəsmisi qeyd edib.

Ekspertin fikrincə, kreditin zərərini müştərilərə keçirməyən banklar da olacaq:

“Çünki faiz dərəcələri yuxarıdır. Düşünürəm ki, çoxları bu qərarı atacaq. Faizləri artırmamaq üçün banklar xərcləri azaltmalıdır. Bizim bank sisteminin faiz dərəcəsini götürsək, əsas amil əmanətlərin faizidir. Çünki manatla cəlb olunmuş vəsait 15%-dir. Onun da azalması vasitəsilə faizin artmaması mümkün ola bilər. Hesab edirəm ki, 2018-ci ildə vəziyyət stabil qalarsa, cəlb olunan vəsaitlər üzrə də faiz dərəcəsi azala bilər”.

T.Hacıyev əlavə edib ki, IFRS-in tətbiqi ilə zərərlilik artacaq. Onun sözlərinə görə, IFRS-9-un tətbiqi Azərbaycanda hələ o qədər də aktiv deyil. Növbəti il IFRS-9 auditinin aparıldığı birinci audit ili olacaq. Tələb odur ki, 2018-ci ilin sonunda hesablamalar IFRS-9-a uygun olaraq aparılmalıdır. Yeni hesabatlar IFRS-9-da olan real rəqəmləri göstərəcək.

“IFRS-9-la bağlı işlər aparılır, daxili modellər var. Problem modellərin hansı məlumata əsaslanmasındadır. Tarixi məlumat çox azdır və düzgün hesablanıb-hesablanmaması böyük sualdır. Adi riteyl-müştərilərə verilən kreditlər üçün o qədər böyük problem olmayacaq. Əsas problem korporativ müştərilərlə, məlumatın lazımi səviyyədə olmaması ilə bağlıdır. Faktiki olaraq şirkətlərin balansı, mənfəət-zərər hesabatları reallığı əks etdirmir. Çox az şirkət var ki, real məlumatları var. Bu tarixçə 10-20 il olmalıdır ki, yaxşı təhlil aparılsın. Bizdə isə hələ ki, 5 ildən artıq yoxdur” .

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL