Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Xarici şirkətlərin və dövlətlərin maraqlarına cavab verən saziş

Tarix:19-09-2017, 12:33 Baxış Sayı:201

Xarici şirkətlərin və dövlətlərin maraqlarına cavab verən saziş

Yeni neft sazişi gələcəkdə dövlət büdcəsi və manat üçün yeni risklər yarada bilərQubad İbadoğlu, iqtisadçı alim

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi üzrə yeni kontraktın imzalanmasından 5 gün ötür. Əvvəlki kontraktın başa çatmasına 7 il qalmış saziş tərəflərinin yekdilliklə verdiyi bu qərar müxtəlif prizmalardan şərh olunmaqdadır. Hökümətin rəsmi izahatına və ona yaxın olan eksertlərin açıqlamarına nəzər salanda bəlli olur ki, kontraktın yenidən imzalanmasının əsas səbəbi yaxın illərdə neft hasilatında sabitliyi təmin etməkdir.

Bu açıqlamanın sətiraltı izahı odur ki, şirkətlər əvvəlki kontrakt çərçivəsində mənfəət neftindən əldə etdikləri payın azalmasına görə hazırkı və gələcək dövrün məsrəflərini qarşılamaq istəmirdi. Belə olanda neft hasilatı, demək olar, hər gün 100 min barrel aşağı düşürdü. Onda hətta sadə məntiqlə demək olar ki, ikinci saziş şirkətlərin maraqlarını nəzərə almaqla onların investisiya qoyuluşlarını stimullaşdırmaq üçün yenidən imzalanıb. Bu isə o deməkdir ki, yeni şərtlər şirkətlər üçün əvvəlki ilə müqayisədə daha əlverişli olub, ona görə buna razılıq veriblər. Yoxsa, şirkətlər konstitutsiya aktlı sazişə xitam verilməsi ilə razılaşmazdılar. Deməli, şirkətləri razı salmaq üçün hökümət yenidən güzəştlərə gedib. Bəs onda nədən prezident səviyyəsində bu sazişin şərtləri əvvəlkindən daha əlverişlidir bəyanatı səslənir. Bu həm də o demək deyilmi ki, Heydər Əliyevin 23 il əvvəl əsasını qoyduğu neft strategiyası özünü doğrultmadı?!  Doğrudan da yeni sazişin şərtləri dövlət üçün daha əlverişlidirsə, onda niyə saziş dərc olunmur, onun əsas müddəaları, xüsusilə də xərclərin və mənfəətin bölgüsü, vergi, royalti və digər ödənişlərinin hesablanması və ödənilməsi şərtləri açıqlanmır. Buyurun, yeni sazişi dərc edin, biz də onu köhnə ilə müqayisə edib, həqiqətlər varsa, onu təsdiq, yoxdursa onda yalanları faş edək.
Bəlkə də bu saziş sonadək işləyəcəyi halda Azərbaycan dövləti son illərdə mənfəət neftindən əhəmiyyətli pay götürə biləcək. Amma ən təhlükəsi odur ki, şişirdəcəkləri məsrəflərini yaxın 10-15 il ərzində çıxarılan Azərbaycan neftinin satışından əldə edilən gəlirlər hesabına ödətdirən şirkətlər, sonra da “indiki kimi yataqlarda qalan nefti çıxarmaq kommersiya baxımından faydalı deyil” bəhanəsi ilə işləri dayandıra bilərlər. Çünki, 10-15 ildən sonra elə bir situasiya yarana bilər ki, xərclərini geri götürən şirkətlərin hasil etdikləri neftin satış qiyməti onun istehsal xərcindən ucuz ola bilər. Necə ki, bir vaxtlar bahalaşan və uzun müddət aparıcı yanacağa çevrilən daş kömürə, indi, demək olar, qiymət verən yoxdur. Heç şübhəsiz ki, yanacaq balansının strukturunda baş verən son dəyişikliklər, 10-15 ildən sonra neft və qaz kimi təbii sərvətlərə tələbatı kəskin azalda bilər. Belə olan halda da yeni sazişdən itirən dövlət, qazanan isə yenə də Azərbaycandan getmək istəməyən xarici neft şirkətləri və tələbatlarını Azərbaycanın nefti hesabına ödəyən dövlətlər olacaq.
Digər tərəfdən də milli iqtisadiyyatın hazırkı böhranlı vəziyyətində başlıca ixracat məhsulundan əldə edilən valyuta gəlirlərinin azalmasına rəvac verən yeni sazişin imzalanması həm də SOCAR üçün yeni və əhəmiyyətli öhdəliklər yaradır. Dövlət büdcəsi və işçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilməyən SOCAR-ın əvəzinə bu öhdəlikləri Dövlət Neft Fondunun yerinə yetirəcəyi halda gəlirləri kəskin azalan Fondun xərc imkanları da məhdudlaşacaq. Bu isə həm dövlət büdcəsi, həm də manat üçün yaxşı perspektiv vəd etmir.
Burda pozitiv olan iqtisadiyyata, xüsusilə də neft bölməsinə yönələcək investisiyaların artmasıdır. Bu isə yeni iş yerləri və biznes imkanları deməkdir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL