Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
"Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verməyə hazırlaşır. Bunu "Anadolu" agentliyinə açıqlamasında "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov bildirib.
Onun sözlərinə görə, "Palmali Holding" "Litasco"dan 2 mlrd. dollar məbləğində təzminat tələb edir: "Biz iyulun 17-də London Ali Arbitraj Məhkəməsinə müraciət edərək "Litasco"dan 2 mlrd. dollar təzminat tələb etmişik. Öz növbəsində "Lukoil" bundan qorxuya düşüb və "Litasco"nu sataraq ondan canını qurtarmaq istəyir. Bu, saxtakarlıqdır".
M. Mənsimov əlavə edib ki, 2005-ci ilin yanvarın 18-də "Palmali Holding" və "Litasco" arasında 10+5 illik müqavilə imzalanıb. Sənədin şərtlərinə əsasən, "Palmali Holding" "Litasco"dan 440 mln. dollarlıq gəmi almalı idi. "Lakin "Litasco" müqavilənin şərtlərini pozduğuna görə, "Palmali Holding" 4 mlrd. dollarlıq zərərlə üzləşib. 2015-ci ildə hər iki şirkət yenidən danışıqlar masasına əyləşdi. Lakin qarşı tərəfin irəli sürdüyü şərtlərin, müddəaların heç bir hüquqi əsası yox idi. Buna baxmayaraq, "Lukoil" qanunsuz əsasları birjaya qanuni kimi təqdim edib. Məqsəd isə "Litasco"nu yaxşı qiymətə satmaq, paralel olaraq şirkətin səhmlərinin ucuzlaşmamasına nail olmaq idi. Ancaq "Palmali Holding" bəyan edir ki, yeni müqavilənin bəzi müddəaları qanunsuzdur, bu səbəbdən də biz "Litasco" ilə yeni müqavilə imzalamamışıq. London Ali Arbitraj Məhkəməsi daxil olan şikayət üzrə 8 ay ərzində araşdırma aparır. Bundan sonra, əgər ortada qanunsuzluq varsa, məhkəmə çəkişməsinin başlanmasına icazə verir", - deyə iş adamı vurğulayıb.
Bundan öncə xəbər verdiyimiz kimi, "Palmali Holding" "Litasco"nu məhkəməyə verib. "Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. "Palmali" "Litasco"dan 2 mlrd. dollarlıq təzminat tələb edir.
Qeyd edək ki, "Lukoil" və "Palmali Denizçilik" cari ilin aprel ayında 10 illik neft və neft məhsullarının daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.