Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

“Rusiya neft qurtarmayınca beynini işlətməyəcək”

Tarix:3-10-2017, 15:37 Baxış Sayı:196

“Rusiya neft qurtarmayınca beynini işlətməyəcək”

“Financial Times” qəzeti yazır ki, Rusiya 21-ci əsrdə qlobal güc olmaq istəyirsə, texnologiyalar sahəsində iki yarışın birindən, ola da bilsin ki, hər ikisindən qalib çıxmalıdır.

Bunlardan birini prezident Putin tələbələrlə görüşündə açıqlayıb. O, gənclərə süni zəkanın gətirə biləcəyi imkan və təhlükələrdən danışıb.

Rusiya prezidenti deyib ki, “bu sahədə kim lider ola bilsə, o da dünyaya hakim olacaq”.

Məqalədə deyilir ki, Rusiyanın zaman-zaman müasir texnologiyalarda liderlik etdiyi məqamlar olub. Məsələn elə Yerin süni peyki – Sputnik kimi. Bu ölkə hələ də dünya səviyyəli riyaziyyatçı və mühəndislər yetişdirir.

BCG Henderson İnstitutunun direktoru Martin Reeves dünyanın rəqəmsal qüvvə xəritəsini tərtib edib. O deyir ki, Avropa texnologiyaların bir çox sahələrində “ölü daş” kimidir, amma süni zəka sahəsində bəzi böyük uğurlara nail olub.

Lakin bu sahədə Rusiyanın şübhə doğurmayan insan potensialına baxmayaraq onun ekspertləri hazırda San Fransisco, Tel Əviv və ya Londonun laboratoriyalarında çalışırlar. Süni zəka araşdırmalarına dair çox az patentlər Rusiyada qeydiyyatdan keçib.

Bu mənada ABŞ-ın texnoloji şirkətləri rusiyalı həmkarlarından bir baş yuxarıda dayanırlar. İqtisadiyyatı Rusiyadan səkkiz dəfə böyük olan Çin də bu sahədə böyük uğurlara nail olmağa başlayıb.

FT yazır ki, bütün bunları düşünəndə, Putinin dediklərini izah etmək çox çətin olur. Ola da bilsin Rusiya prezidenti süni zəkadan danışanda, ondan ilk növbədə hərbi istifadəni ürəyindən keçirir. Bəziləri hətta iddia edirlər ki, Rusiya 2016-cı ildə ABŞ seçkisinə müdaxilə edərkən süni zəka texnologiyalarından faydalanıb.

Moskvanın ikinci aparıcı texnoloji uğuru neft sahəsində ola bilər. Georgetown Universitetindən professor Thane Gustafson bu yaxınlarda Londondakı Chatham House analitik mərkəzindəki mühazirəsində Rusiya neftinə meydan oxuyan üç əsas problemdən danışmışdı.

Birincisi, şist neftinin hasilatı sahəsində ABŞ-ın qazandığı uğurlardır. İndi şist neftinin çıxarılması texnolgiyaları o qədər inkişaf edib ki, qara qızılın bir barrelinin qiyməti 90 dollardan 40 dollaradək enib.

İkincisi budur ki, Rusiyanın əsas gəlir mənbəyi olan “qonur” Qərbi Sibir neftinin ehtiyatları tükənir və Rusiya getdikcə daha çox Şərqi Sibirin “yaşıl” və Arktik okeanın “mavi” neftindən asılı vəziyyətə düşür.

Üçüncüsü isə elektrik avtomobillərinin getdikcə artan istehsalı və bununla əlaqədar neftə tələbatın ümumiyyətlə azalması perspektividir.

Cənab Gustafson deyib ki, Rusiyanın bu çətinlikləri aşmaq üçün yeganə yolu özünün ABŞ-dakına bənzər şist nefti texnologiyalarını inkişaf etdirməsi olardı.

Əlbəttə, Rusiyada neft sənayesinin gələcəyinin şistlə bağlı olduğunu başa düşürlər. Lakin professorun fikrincə, bu sahədə irəliləyiş əldə etmək üçün Rusiyanın lazımı kadrları və menecer ehtiyatları yoxdur.

Başqa sözlərlə, Rusiyanın illər boyu xammala məftunluğu onun ixtisaslı insan ehtiyatları yaratmasına mane olub. Rusiya öz xalqına hələ də yaradıcılıq meydanı verməyib. İxtisaslı menecerlərin yetişməsi üçün adamlara Kremlin indiyədək qıydığı azadlıqdan daha geniş meydan tanınmalıdır.

Rusiyadan mülkiyyət haqlarının lazımınca qorunmaması üzündən qaçmış bir biznesmen FT-yə deyib ki, o, texnologiyalar və neft yarışlarında vətəninin birincidə udub, ikincidə uduzmasını istəyir.

“Yalnız bu halda Rusiya beyinlərə əsaslanan iqtisadiyyat qura bilərdi” – deyib biznesmen.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL