Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“2017-ci ilin 9 aylıq göstəriciləri ilə bağlı açıqlanan rəqəmlər inandırıcı deyil. Çünki bu ilin başlanğıcından ölkədə iqtisadi durumun pisləşməsi davam edib”.
İqtisadçı Nemət Əliyev bunu oktyabrın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi rəqəmlərlə bağlı Azadlıq Radiosuna deyib.
N.Əliyev bildirib ki, bu ilin ilk 3-4 ayında ümumi daxili məhsulda (ÜDM) cüzi artım olub, 5-ci aydan etibarən ÜDM azalmağa başlayıb və bu tendensiya indi də davam edir.
N.Əliyev qeyd edib ki, xarici ticarət dövriyyəsində də vəziyyət yaxşı deyil: “Bu ilin 7-ci, 8-ci aylarından xarici ticarət dövriyyəsi də azalıb. İyulda bu azalma 7 faiz olub. Avqustda isə 9 faizi keçib. Ən narahatlıq doğuranı isə budur ki, xarici ticarətdə xalis xarici valyuta gəliri 30 faiz azalıb”.
İqtisadçı hesab edir ki, qeyri -neft sektorunun inkişafı ilə bağlı səslənən rəqəmlər də inandırıcı deyil. İqtisadçının fikrincə, bundan ötrü yerli iş adamları və yaxud xarici iş adamları ölkəyə sərmayə qoymalıdır:
“Amma aydındır ki, yerli iş adamları zəmanət olmadığı üçün sərmayəni xarici ölkələrə yatırır. Xarici iş adamları isə ölkə bazarını tərk edirlər”.
N.Əliyev vurğulayıb ki, ölkədə pambıqçılığın inkişafı adı altında heyvandarlığa ziyan vurulub. İqtisadçi deyib ki, əhalinin həyat səviyyəsi də pisləşməkdə davam edir:
“Bütün rəsmi rəqəmlərdə deyilir ki, inflyasiya ortalama 14 faizdir. Əhalinin gəlirlərinin artımi isə 6-7 faizdən çox deyil. Hələ, rəsmi rəqəmlər qazancın 7 faiz aşağı düşdüyünü təsdiqləyir”.
Dövlət başçısı isə Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib ki, ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2.5 faiz artıb, qeyri-neft sektorunun sənaye hissəsində artım 3.1 faiz, kənd təsərrüfatında 2.8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb, 226 min yeni iş yeri açılıb.