Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Marketlərdə kərə yağlarının qiymətlərinin kəskin artdığı müşahidə olunur. İdxalçılar və Dövlət Gömrük Komitəsi qiymət artımlarını dünya birjalarında kərə yağının bahalaşması ilə izah edirlər.
“Marja”nın müxbirinin marketlərdə apardığı müşahidələri göstərir ki, yerli istehsal olan kərə yağları da ucuz satılmır. Onların qiymətləri xarici analoqlarına çox yaxındır.
Marketlərdə xaricdən idxal olunan kərə yağlarının qiymətləri təxminən 17-21 manat civarında ikən, yerli kərə yağlarının kiloqramı təxminən 16-17 manatdır.
Məsələn, “Bazarstore” supermarketində xarici kərə yağlarından “Westgold”un 1 kiloqramı 16,90 manata, “Ankor” 16,90 manata, “Bestcow” isə 16,93 manata təklif olunur. Yerli qablaşdırılmış “Səba” kərə yağının kiloqramı isə 15,90 manatdır. Yəni, xarici yağlardan təxminən 1 manat ucuz satılır.
200 qramlıq “President” 4 manata, “Westgold” kərə yağı 3,90 manata, “Dayaruşka” 3,80 manata, “Bestcow” 3.71 manata, “Wellington” 3,67 manata satılarkən, 200 qramlıq “Səba” kərə yağı 3,65 manata təklif olunur.
“Milla” kərə yağı “Səba”dan da bahadır. “Milla”nın kiloqramı 17,40 manata, 180 qramlıq qablaşdırmada isə 3,13 manata təklif olunur. Qeyd edək ki, “Milla” kərə yağının istehsalçısı “Azerbaijan Food and Packaging Company (AzFP)” şirkətidir.
Qeyd edək ki, “Atena” da kərə yağı istehsal edirdi. Lakin son zamanlar həmin yağlara marketlərdə rast gəlinmir. Ötən il 1 kq “Atena” kərə yağı 8-8,50 manata satılırdı.
“SÜD, İŞIQ, SU BAHALAŞIB”
“Səba” ASC bildirir ki, törəmə şirkəti “Biləsuvar Aqro” zavodu südü fermerlərdən alır. Fermerlər də südün qiymətini qaldırıblar:
“Aldığımız xammalların qiymətinin qalxması, məhsulun daşınması, müəssisədə elektrik enerjisinin, suyun qiyməti, xarici valyuta ilə alınan qablaşdırma məmulatları, istifadə etdiyimiz xidmətlərin qiymətinin qalxması qiymətlərimizə təsir edir”.
“Səba”ASC-dən qeyd edilib ki, çəki ilə olan kərə yağının kiloqramı 14.90 manata təklif olunur: “Keyfiyyətdə “Səba” yağı ilə rəqabət apara biləcək yağlar “Səba”dan azı 20% bahadır”.
Qeyd edək ki, ötən ilin Oktyabr ayında marketlərdə xarici istehsal “Ankor” və“Westgold” yağlarının kiloqramı 9-10 manata, “Valio” isə 12 manata satılırdı.