Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Bazarda artan ən əsas risklərdən biridə tikinti sektoru ilə bağlıdır. Söküntü işləri və “sosial mənzillər” üzrə bazara yaxın gələcəkdə çoxlu sayda mənzillərin daxil olması gözlənilir. Bu layihələr onsuzda adi qaydada bina tikən şirkətlərə maneə olur. Yaranacaq təklif artımı adekvat pulla təmin edilmiş tələbatla qarşılanmasa bazarda vəziyyətin pisləşməsi ilə yanaşı tikinti şirkətlərinidə pis duruma sala bilər”.
Bunu “Marja”ya “Value and Sources” məsləhət şirkətindən Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, bazarda qiymətlərin gələcək hərəkətini müəyyən etmək üçün ilk növbədə bazara təsir edən amillər nəzərdən keçirilməlidir. Amilin gücü və təsir imkanları isə həlledici məqamdır:
“Hazırda bazara təsir edən amillər – inflyasiya, söküntü işləri, ipoteka kreditləşməsi, tirizm axının artımı, “sosial mənzillər”, bank sektorundakı vəziyyət, əhalinin sərəncamında olan sərbəst vəsaitlərin azalması və bazar gözləntiləridir.
Neftin qiyməti və manatın məzənnəsi bir təsiredici amillər kimi hələki kənarda qalıblar. Ölkə daxilində pul vəsaitlərinin hərəkəti ilə bağlı məhdudiyyətlər (nağdsız hesablaşmalar ilə bağlı) artıq bazara öz mənfi təsirini göstərdi və bu da artıq bir amil kimi aradan qalxdı”.
O, “Bazarı nə gözləyir?” ualına aşağıdakı kimi cavab verib.
“Yaxın zamanlarda yaxşı heçnə. Bazara mənfi təsir edən amillər üstünlük təşkil və buna görədə qiymətlərə müsbət təsir edən texniki faktorlar ortaya çıxmasa vəziyyət yaxşı olmayacaq. Əhəmiyyətli qiymət azalmasının müşahidə edilməməsi o demək deyil ki, bazar stabilləşib. Bu daha çox bazarın “cansız” vəziyyətdə olmasına işarə edir. Alıcının pulu az, satıcının isə satmaq stimulu az. Bazarda alqı-satqı var, ancaq çox aşağı səviyyədədir”.
Ekspertin sözlərinə görə, bazarda artan ən əsas risklərdən biridə tikinti sektoru ilə bağlıdır:
“Söküntü işləri və “sosial mənzillər” üzrə bazara yaxın gələcəkdə çoxlu sayda mənzillərin daxil olması gözlənilir. Bu layihələr onsuzda adi qaydada bina tikən şirkətlərə maneə olur. Yaranacaq təklif artımı adekvat pulla təmin edilmiş tələbatla qarşılanmasa bazarda vəziyyətin pisləşməsi ilə yanaşı tikinti şirkətlərinidə pis duruma sala bilər. Onların vəziyyəti hazırda onsuzda yaxşı deyil. Belə görünür ki, bu risklər artıq dövlət qurumları tərəfindəndə nəzərdən keçirilib. Xatırlayırsınızsa müvafiq dəyəşikliklərdən sonra İpoteka Fondu ipoteka kreditlərini tikintisi başa çatmayan mənzillərədə verə bilər. Yəni tikinti sektorundakı risklərin aradan qaldırılması üçün ödəməqabiliyyətli təlabatın formalaşması mühüm məsələdir. Bunun isə yeganə yolu əlverişli şərtlərlə ipoteka proqramının genişləndirilməsidir. Sərt pul-kredit siyasəti dövründə isə bu “röyadır”.