Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Helsinki Komissiyası Dağlıq Qarabağ haqda brifinq keçirdi

Tarix:19-10-2017, 12:41 Baxış Sayı:184

Helsinki Komissiyası Dağlıq Qarabağ haqda brifinq keçirdi

2016-cl ilin aprelində “dördgünlük müharibə” kimi tanınan toqquşmada 200-ə yaxın insan həyatı itirildi və baş verənlər göstərdi ki, 1994-cü ildə əldə olunmuş atəşkəsdən bəri Dağlıq Qarabağda cərəyan edən durum “donmuş konflikt” deyil. Bu düşüncə ətrafında Helsinki Komissiyasının təşkil etdiyi “Dağlıq Qarabağda Müharibənin Qarşısını Almaq” başlıqlı brifinqdə Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə olundu.

1997-ci ildən bəri elə bir ABŞ prezidenti yoxdur ki, Dağlıq Qarabağ münaqişəsi haqda bilməsin.

Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə komissiyanın qlobal təhlükəsizlik üzrə eksperti Aleks Tierskinin vasitəçilik etdiyi diskussiyada ATƏT Minsk Qrupunun sabiq iki amerikalı həmsədri səfir Keri Kavano və Ceyms Uarlik, Beynəlxalq Böhran Qrupunun Avropa və Orta Asiya Proqramının Direktoru Maqdalena Qrono çıxış etdilər və iştirakçıların suallarını cavablandırdılar.

“1997-ci ildən bəri elə bir ABŞ prezidenti yoxdur ki, Dağlıq Qarabağ münaqişəsi haqda bilməsin,” deyə Kavano Vaşinqtonun konfliktə kifayət qədər diqqət yetirdiyini söylədi.

Onun sözlərinə görə, ABŞ da daxil olmaqla Qərb dövlətləri münaqişənin tez bir zamanda bütövlüklə həll olunmasını arzulayır və bu yönümdə fəaliyyət göstərirlər. Lakin vasitəçi mövqeyindən çıxış edərək onların əldə edə biləcəkləri tərəflərin iradə nümayiş etdirməsindən asılıdır.

“ATƏT Minsk Qrupu həmsədrləri arasındakı əməkdaşlığın səviyyəsi çoxlarını təəccübləndirib,” deyə Kavano ABŞ-la Rusiya arasında başqa sahələrdə ziddiyətlər olduğuna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə kifayət qədər effektiv əməkdaşlığın olduğunu önə çəkdi.

2016-cı ilin aprelində təmas xəttində qızğın döyüşlər müharibə riskinin böyük olduğunu göstərdi.

2016-cı ilin aprelində təmas xəttində qızğın döyüşlər müharibə riskinin böyük olduğunu göstərdi.

Kavano vurğuladı ki, münaqişə baş verərkən Azərbaycan və Ermənistan yenicə müstəqil dövlət olduqları halda, indi o vaxtdan xeyli müddət keçib və bu period ərzində həmin dövlətlərin siyasi və iqtisadi formasında əhəmiyyətli dəyişikliklər baş verib ki, bunlar nəzərə alınmalıdır.

“Atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, ölüm halları və yaralanmalar davam edir,” deyə bu yaxınlarda ATƏT Minsk Qrupunda həmsədrlik postunu tərk etmiş Uarlik hər iki tərəfdə inkişaf etmiş silahların olduğunu nəzərə alaraq insan itkisi təhlükəsinin hazırda “qat-qat böyük” olduğunu vurğuladı. “Səhv hesablama və eskalasiya riski həmişə olduğundan daha yüksəkdir.”

Səhv hesablama və eskalasiya riski həmişə olduğundan daha yüksəkdir.

Eyni zamanda səfir Uarlik tərəflərin mövqelərinin bir-birindən mediada təsvir olunduğundan elə də uzaq olmadığını bildirdi. O, aprel döyüşlərindən sonra vasitəçi səylərinin daha da intensivləşdiyini və bu period ərzində bir sıra əlavə təkliflərin irəli sürüldüyünü söylədi.

Uarlik qeyd etdi ki, istənilən sülh müqaviləsi altı başlıca elementə əsaslanmalıdır ki, bunların sırasında sülh üçün siyasi iradə, Dağlıq Qarabağ erməniləri üçün təhlükəsizlik və özünüidarəçilik çərçivəsi, işğal edilmiş digər Azərbaycan rayonlarının geri qaytarılması, Ermənistanla Dağlıq Qarabağ arasında bütövlükdə Laçın rayonu olmadan hansısa dəhlizin mövcudluğu, qaçqınların evlərinə dönməsi və beynəlxalq sülhməramıl qüvvələrin mümkün iştirakı ilə təhlükəsizlik qarantiyaları yer alır.

Maqdalena Qrono və başqa panelistlər razılaşdırlar ki, ərazi bütövlüyü, etnik öz müqəddəratını müəyyən etmək hüququ və qeyri-zorakılıq danışıqlar prosesinin təməl prinsipləri kimi saxlanılmalıdır. Həmçinin vurğulandı ki, problem həll olunmadığı təqdirdə onun sərhədlərdən kənara çıxacağı və Rusiya və İran kimi dövlətlərə təsir göstərəcəyi mümkünlüyü onun həlli istiqamətində səyləri bir qədər də aktuallaşdırır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL