Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
ABŞ prezidenti Tehrana qarşı Avropasız “savaşacağını” bildirib; növbəti ABŞ-İran gərginliyi bölgəyə nə vəd edir?
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ-a İrana qarşı sanksiyaların mümkün gücləndirilməsi üçün Avropa İttifaqının dəstəyi lazım deyil. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Tramp deyib ki, avropalılar İranla ticarət əlaqələrindən “pul qazanmağa davam edə bilərlər”.
Qeyd edək ki, Trampın bu təpki Avropa liderlərinin İranla nüvə anlaşması ilə bağlı mövqeyinə olub. Məsələ ondadır ki, ABŞ prezidenti oktyabrın 15-də ənənəvi olaraq İranla nüvə sazişini müddətinin uzadılması ilə bağlı Konqresə müraciət etməli idi. Ancaq daha öncədən də proqnozlaşdırıldığı kimi, Tramp bunu etmədi və Konqresin qarşıdakı 60 gün ərzində İranla bağlı sazişə yenidən baxmasını tövsiyə etdi. Bu isə o deməkdir ki, ABŞ hökuməti nüvə sazişinin davam etməsində maraqlı deyil. Konqresin Senat və Nümayəndələr Palatasındakı respublikaçı çoxluq Trampın bu mövqeyini dəstəkləyərsə, o zaman ABŞ-ın nüvə sazişindən çıxması xeyli dərəcədə realdır. Tramp bu istiqamətdə daha bir addımı artıq atıb. ABŞ prezidenti İran İslam Respublikasının əsas hərbi gücü olan İnqilab Keşikçiləri Korpusuna - SEPAH-a qarşı sanksiyalar tətbiq edib.
Ancaq görünən odur ki, Trampın mövqeyini bölüşməyənlər çoxdur. Hətta qərardan bir neçə gün əvvəl Senatda keçirilən dinləmədə müdafiə naziri general Mattis İranla nüvə sazişinin ləğvinin Amerika maraqlarına uyğun olmadığını bildirmişdi. General sazişi ləğv etmək üçün əsas olmadığını bildirdi.
Bundan başqa, Trampın qərarına İranla nüvə sazişini imzalayan digər ortaqlar, yəni “altılıq” ölkələri də mənfi reaksiya göstərdilər. Rusiya və Çin, gözlənildiyi kimi, açıq şəkildə sazişi müdafiə etdilər. Ancaq ABŞ-ın ənənəvi müttəfiqləri olan Avropa ölkələri, “altılıq”da təmsil olunan Böyük Britaniya, Fransa, Almaniya da nüvə anlaşmasını müdafiə etdilər. Hər üç dövlət, o cümlədən Trampın qərarına operativ reaksiya verən AB təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federiko Moqerini sazişin pozulması üçün heç bir əsas olmadığını bəyan edib. Almaniya, Fransa rəsmiləri də sazişin pozulmasına gərək olmadığını bəyan ediblər. Hətta Almaniya xarici işlər naziri üstüörtülü şəkildə Rusiya və Çinlə eyni mövqedən çıxış edəcəklərini bildirib.
Fransa prezidenti Emmanuel Makron deyib ki, rəsmi Paris İranla əldə olunan anlaşmaya sadiqdir. Sitat: “Məncə, bizim etməli olduğumuz iş 2015-ci ildə əldə olunmuş anlaşmanı qorumaqdır. Çünki bu, indiki vəziyyətdə nüvə fəaliyyətini nəzarətdə saxlaya bilən bir müqavilədir”.
Xatırladaq ki, İran və “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - K.R.) ölkələri arasında danışıqlar Həsən Ruhani prezident seçildikdən sonra sürətlənib və 2015-ci ildə uzun müzakirələrdən sonra anlaşma imzalanıb. Müqaviləyə əsasən İran əlindəki sentrafuqların üçdə ikisini ləğv edəcək. Yəni 18 min sentrafuqdan 6104-ə endirəcək. Eləcə də qarşıdakı 10 il ərzində yalnız 5060 sentrafuq zənginləşdirmə işində istifadə olunacaq. O cümlədən anlaşmaya əsasən 15 il ərzində İran uranı, sadəcə, 3,67 faiz, yəni nüvə enerjisi almaq imkanı verəcək həddə qədər zənginləşdirəcək və 300 kq urana sahib olacaq. Həmçinin 15 ildə yeni nüvə stansiyası tikməyəcək.
Trampın Avropaya küskün reaksiyası onu göstərir ki, Vaşinqton İran məsələsində Avropaya ümid etmir. Ancaq bu vəziyyətdən Tramp o qədər də narahat deyil. Çünki əvvəla, ABŞ-ın daha əvvəl İraqda olduğu kimi, Avropasız hərəkət etmək təcrübəsi var. Yeri gələndə Amerika üçün BMT-nin qərarı da önəmli deyil. İkinci tərəfdən, Trampın İrana qarşı mövqeyi heç də Tehranla yeni müharibənin başlaması anlamına gəlmir. Tramp İrana qarşı İsrail və bölgədəki ərəb rejimləri ilə birgə hərəkət edəcək. İranla yeni gərginlik bölgədə yeni silahlanma yarışı, kəşfiyyat və casus müharibəsinin şiddətlənməsinə səbəb olacaq. Nəticədə bölgə ölkələrinin ABŞ-a ehtiyacı daha da artacaq. Çünki zəif, daxildə ciddi problemləri olan və İranla qarşıdurmada daha güclü müttəfiqə ehtiyac duyan ərəb hakimiyyətlərinə himayəçi lazım olacaq. Bu funksiyanı isə ABŞ yerinə yetirəcək. Bu vəziyyət təxminən Corc Buşun hakimiyyət illərini xatırladır. Yaxın Şərqdə sürətli silahlanma məhz bu dövrdən sonra başladı. Çünki demək olar ki, hər gün dünya mediasına İrana hücum edəcək ABŞ qüvvələri və müharibə planları haqda yazılar dərc olunurdu. Nəticədə müharibə olmasa da, gərginlik “boy verirdi”, Yaxın Şərqin ərəb rejimləri silaha ayrılan pulların miqdarını bir neçə dəfə artırdılar. Neft qiymətləri bahalaşdı, Fars Körfəzinin okeana çıxışının bağlanacağı qorxusu bazarda neftin qiymətlərini kəllə-çarxa çıxardı.
Analoji vəziyyət indi davam eləsə, körfəz ölkələrinin böyük ölçüdə ABŞ ətrafında cəmlənməsi və silahlanma yarışına girməsi gözlənilir.