Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Şərqi Azərbaycan vilayətinin Əhər şəhər məhkəməsi bir neçə dosyeni birləşdirərək kütləvi şəkildə mühakimə etdiyi 40 yaxın Turk dil fəalı haqqında həbs və bəraət hökmləri çıxarıb.
Məhkəmə 2015 oktyabr ayında televiziya ilə yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından keçirilən “anti-irqçi” etirazlarına qatılan 7 fəalı 10 ay və 7 ay həbsə məhkum edib. Həbs cəzası alan fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “rejimə qarşı təbliğat” ittihamları irəli sürülüb.
İran Azərbaycanı ilə bağlı xəbər yayımlayan internet portallarına istinadən, Saleh Molla-Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri 10 ay, İsrafil Fəthuallahzadə, Hamid Allahverdipur, Murtaza Şükri və Süleyman Kazımi isə 7 ay həbsə məhkum olunublar.
Amerikanın Səsinin Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, İbrahim Nuri və Əkbər Cahangiri əlavə olaraq siyasi məhbuslarla bağlı kampaniya təşkil etmək və Uyğur türklərinə dəstək mitinqlərinə qatıldıqları üçün həbs cəzası alıblar.
İbrahim Nuriyə 6 ay, Əkbər Cahangiriyə isə 4 ay həbs hökmü çıxarılıb.
Həbs cəzası alan fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “rejimə qarşı təbliğat” ittihamları irəli sürülüb.
Əhər məhkəməsi, həmçinin “anti-irqçilik” etirazları ilə bağlı mühakimə edilən 17 fəal, habelə fevral 2014 Dünya Ana Dili Günündə Əhər şəhərində keçirilən tədbirlə əlaqədar mühakimə edilən 22 fəala bəraət hökmü verib.
Bəraət hökmü alan müttəhimlərdən yazar və türk dili müəllimi Məhəmməd Rəhmanifər ana dili günü tədbirinə qatılanların hamısına bəraət hökmü verilməsini müsbət bir addım kimi dəyərləndirib.
“Ana dili sahəsində fəaliyyət göstərən və bu məhkəmənin müttəhimlərindən biri olaraq, şəxsən bu qərarı müsbət qarşılayıram. Bu bəraət hökmünün ölkədəki dillərin inkişafı istiqamətində şəraitin yaxşılaşması ilə nəticələnməsinə ümid edirəm,” deyə Rəhmanifər öz Facebook səhifəsində paylaşıb.
Keçən illərdə Əhərdən əlavə Azərbaycan vilayətlərinin müxtəlif şəhərləri və Tehranda onlarla türk dil haqları müdafiəçisi dünya ana dili günü və ya məktəblərin açılışı münasibəti ilə tədbirlərə qatıldıqları üçün nəzarət altına alınıb və mühakimə olunublar. Onlardan bəzisi həbs hökmü ilə qarşılaşıb, bir çoxunun isə məhkəmə prosesi davam etməkdədir.