Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Dəyərli həmvətənlərim, sevimli dostlar!
Bildiyiniz kimi mən gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm. Və təbii olaraq yaxın vaxtlarda öz platformamı, fikirlərimi və avtobioqrafiyamı ictimaiyyətə təqdim etməyi düşünürəm. Lakin, bu gün mən həm sizləri, həm də yüz minlərlə Azərbaycan vətəndaşını narahat edən və insanda sözün əsil mənasında ikrah hissi doğuran bir məsələyə toxunmaq istəyirəm. Deməli, üç ilə yaxındır ki, ölkəmizi dərin iqtisadi böhranla üz- üzə qoyan, Azərbaycan dövlətini faktiki olaraq, defolt həddinə çatdıran, öz səriştəsiz fəaliyyəti ilə bütün sferaları bərbad və iflic vəziyyətə salan hakimiyyət, büdcə kəsirini imkansız və ehtiyac içində boğulan sadə vətəndaşların hesabına bağlamağa çalışır. Yəni görəsən bir hakimiyyət nə qədər öz millətinə qarşı biganə, nə qədər düşmən mövqeyində olsun ki, gərək, dönüb bu cür alçaq üsullara əl atsın (özü də təkrar-təkrar)
Mən heç cür anlaya bilmirəm. Ölkə büdcəsinə milyardların axdığı zaman və bu vəsaitləri dağıdaraq kral kimi şellənən siz, vəziyyət pisləşəndə isə öz uşağının boğazından kəsib budcə açığını bağlamağa məcbur edilən yoxsul xalq olsun? Bu nə cür ədalətdir, bu nə antixalq siyasətidir aparılır belə? Hələ bu rüsvayçılıqdan sonra mənə cinayətkar deməyə üzünüz də var? İctimaiyyətə “bandit prezident olmaq istəyir” deyirsiniz. Bəyəm banditlik edib ölkəyə idxal olunan bütün strateji mallara monopoliya tətbiq edən mənəm, yoxsa Kamal kimi, Bəylər kimi yaramazlar? Məni iqtisadi cinayətlərdə günahlandırıb, vergi qaçaqçısı olduğumu deyirsiniz. Məgər uzun illərdir davam edən və vergidən qaçıb, sözdə Azərbaycan xalqına aiddir deyilən dövlət büdcəsinə milyardlarla ziyan vuran mənəm, yoxsa Paşayevlərin şirkətləridir?
Ey Azərbaycan dövlətini zorla qəsb etmiş İlham Əliyev iqtidarı… Mən Almaniyada yaşamağıma baxmayaraq, bir Azərbaycan vətəndaşıyam. Və bununla hər zaman qürur duymuşam. 2018-ci ildə Azərbaycanda keçiriləcək president seçkilərində iştirak etməyə də sizdən daha çox haqqım və hüququm vardır. Əgər sizin əlinizdə mənimlə bağlı hansısa faktlar, yaxud da hüquqa və arqumentlərə söykənən dəlillər varsa, buyurun qoyun ortalığa. Yox, əgər bunu edə bilmirsinizsə, Geynulla kimi bir AZEFİ hürdürüb mənə qarşı vahimə hissini yaratmağa can atmayın. Artıq camaat siz düşündüyünüz qədər də avam deyil və kimin kim olduğunu sizdən daha yaxşı bilir. Bu günki yazımı yekunlaşdırmadan öncə Azərbaycandakı bütün iş adamlarına və sahibkarlara səslənmək istəyirəm. Dostlar. Əgər siz diqqət edirsinizsə, İlham Əliyev hər dəfə “qanunsuz yoxlamalara son qoyulmalıdır”, “monopoliya yaradan insanlar məsuliyyətə cəlb edilməlidir” dediyində, vergi və gömrük sistemində vəziyyət daha da pisləşir və insanların başına daha betər oyunlar açılır. Buradan bəyan edirəm ki, dövlət başçısı seçildiyim halda, bütün bu xoşagəlməz hərəkətlərin və bu sahələrdə tügyan edən rüşvətxorluğun, eləcə də dərəbəyliyin kökünü kəsməyin necə mümkün olduğunu xalqımıza nümayiş etdirəcəm. Çünkü dövlət üçün xüsusi önəm daşıyan vergi və gömrük sistemində qayda – qanun yaratmadan, heç bir uğurlu inkişafdan və güclü iqtisadiyyatdan danışmaq mümkün olmayacaq. Son olaraq onu da vurğulayıram ki, mənim ən böyük arzularımdan biri Azərbaycanımızı Almaniya modeli, yənı Parlament Respublikası kimi görməkdir. Bütün demokratik düşüncəli soydaşlarıma bildirirəm ki, prezident seçildiyim təqdirdə, ilk işim parlament üsulu ilə idarəetmə sisteminə təkan vermək olacaqdır. Eyni zamanda mən inanıram və əminəm ki, gün gələcək Ana Yurdumuz Azərbaycanda azad və demokratik seçkilər keçiriləcək, parlament kürsülərində təyin olunanlar yox, doğurdan da öz bölgəsini və seçicilərini təmsil etməyə layiq övladlar oturacaq. İnşallah. Məhz bu yolla bizlər bir araya gələr, öz milli sənayemizi yaradar və çoxşaxəli istehsal sahələrini artıraraq, güclü bir iqtisadiyyata sahib ola bilərik.
Dərin hörmətlə: Hüseyn Abdullayev