Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
“Düşünmürəm ki, Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideyadır. İkili standartlara və Azərbaycana qarşı ədalətsiz münasibətə baxmayaraq, güman edirəm ki, biz bu təşkilatda qalmalıyıq və öz mövqeyimizi müdafiə etməliyik”. Bunu virtualaz.org-a şərhində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Qeyd edək ki, M.Məmmədquliyev Avropa İttifaqı ilə danışıqlara cavabdehdir.
Mahmud Məmmədquliyev qeyd edib ki, hələ Azərbaycan Avropa Şurasına daxil olmazdan əvvəl o, uzun illər ərzində bu strukturda Azərbaycanın nümayəndə heyətinə başçılıq edib.
“Mərhum Heydər Əliyev Avropa Şurası ilə münasibətlərə böyük önəm verirdi. Məhz onun tapşırığı ilə biz bu təşkilata üzv olmaq üçün uzun müddət danışıqlar aparmışdıq. Düşünmürəm ki, bir neçə anti-Azərbaycan elementinə görə mövqelərimizdən geri çəkilməliyik. O ki qaldı Yaqlanda, o, vur-tut baş katibdir və əsla bütün təşkilat demək deyil. Bu gün var, sabah yoxdur. Amma Avropa Şurasında Azərbaycanın gözəl münasibətlər qurduğu 47 ölkə var”, – nazir müavini bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasında başqa ölkələrin malik olduğu eyni hüquqlara malikdir.
“Biz bu təşkilata könüllü və şüurlu şəkildə daxil olmuşuq. Mövqeyim belədir ki, orada qalmalı və mövqelərimizi müdafiə etməliyik. Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə heç kim mane ola bilməz”, – o deyib.