Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
İqtisadçı alim Qubad İbadoğlu Tehranda Azərbaycan, İran və Rusiya rəhbərlərinin görüşünü tarixi faktlar baxımından narahatlıq doğuran hadisə kimi qiymətləndirir.
“Bu gün Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Ən çox Rusiya və İran üçün tarixi əhəmiyyət kəsb edən Tehran sammitində Azərbaycanın da yer alması ölkənin gələcək inkişaf kursu ilə bağlı narahatlıqları daha da artırır. Odur ki, hesab edirəm ki, Azərbaycanın yaxın qonşuları ilə xarici əlaqələri çoxtərəfli deyil, dövlətin strateji maraqlar nəzərə alınmaqla ikitərəfli formatda qurulmalıdır. Bu halda ayrıca olaraq Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərinin əleyhinə olmamaqla hesab edirəm ki, gələcək inkişaf kursu bölgədəki qüvvələr nisbətinin bu günkü təsirləri ilə qısa müddətli deyil, strateji hədəflərə yönələn assosiyasa sazişi çərçivəsində Avropa Birliyi ilə uzun müddətli əməkdaşlıq formatında olmalıdır. İndiki qlobal və regional şəraitdə Azərbaycanın Rusiya və İranla üçtərəfli formatda əməkdaşlığının və onlarla birgə öhdəliklər götürməsi ölkənin gələcək inkişaf perspektivlərini tutqun edir. Unutmayaq ki, tarixən itirdiyimiz əzəli Azərbaycan torpaqlarının və bu gün də həsrət qaldığımız Qarabağın işğalında hər iki dövlətin müstəsna rolu olub. Eyni zamanda Rusiya və İran tərəfindən Ermənistana davamlı olaraq göstərilən iqtisadi və siyasi dəstək Qarabağ azad edilməsində ən ciddi maneələrdən biridir. Bu gün nələr baş verdiyini anlamaq üçün sadəcə tariximizi bilmək yetər.”