Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

AŞ-ın Bakı ofisinin rəhbərindən ilginc anons - İlqar Məmmədov bu ay azad oluna bilər

Tarix:3-11-2017, 08:39 Baxış Sayı:188

AŞ-ın Bakı ofisinin rəhbərindən ilginc anons - İlqar Məmmədov bu ay azad oluna bilər

Mirvari Qəhrəmanlı: “Dekabrda verilə biləcək əfvlə İlqar Məmmədov azad oluna bilər”

Son aylarda Azərbaycanla Avropa Şurası (AŞ)  arasında yaranan gərginlik bu ay düzələ bilər. AŞ-ın Nazirlər Komitəsinin REAL sədri İlqar Məmmədovu azad etmək üçün rəsmi Bakıya noyabrın 29-na qədər möhlət verməsi münasibətlərin düzəlmə ehtimallarını artırır.  “Bu ayın sonuna kimi Avropa Şurası ilə Azərbaycan arasında problemlərin həllinə dair böyük gözləntilər var”. Bu sözləri APA-ya açıqlamasında Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Harnyeş deyib.

Onun sözlərinə görə, AŞ ilə Azərbaycan arasında problemin səbəbi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından birinin icra edilməməsidir: “Bu, əslində hüquqi məsələdir, lakin siyasi mahiyyəti var”.

Zoltan Harnyeş “icra edilməyən bir qərar” dedikdə heç şübhəsiz ki, REAL sədrini nəzərdə tutur. Bu ayın 29-na qədər İ.Məmmədov üçün verilən vaxtı və noyabrın 24-də “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin keçiriləcək 5-ci sammitini nəzərə alsaq, vicdan məhbusunun azadlığa buraxılması, eləcə də Azərbaycanla AŞ arasındakı problemlərin aradan qaldırılması real görünür. Siyasi şərhçilər də bu ay ərzində problemin həll olunacağını ehtimal edirlər.

Image result for Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Azərbaycan tərəfi ilə təzyiq, təsir dili ilə danışmaq normal deyil: “Danışıqlar gedirsə, müəyyən razılaşmalar əldə olunacaqsa, bu başqa məsələdir. Azərbaycan hər hansı bir əməkdaşlıqdan imtina etmir. Ölkəmizin nə qədər tribunası olarsa, bir o qədər yaxşıdır. Bəzən qərəzli şəkildə ölkəmizin üzərinə gəlmək doğru deyil. Müəyyən tövsiyələr verə, xahişlər edə bilərlər. Onlar danışıqlarında redaktələr edərlərsə, danışıqlar alınacaq. Əks təqdirdə, məsələlər daha da pisləşəcək. İlqar Məmmədovla bağlı oktyabrda vaxt qoymuşdular, amma Azərbaycan tərəfi heç nə etmədi. Düşünürəm ki, doğru da etdik. İndi normal danışıqlar gedərsə, müəyyən güzəştlərin edilməsinin mən də tərəfdarıyam. Əgər hansısa bir problem yaranıbsa, Avropa təsisatları onu dialoqla həll edə bilərlər. Biz dialoqun tərəfdarıyıq. Bu məsələlər sonunda hər iki tərəf üçün normal nəticələrlə yekunlaşa bilər. Azərbaycan tərəfindən də barışa söykənən addımlar bu zaman atıla bilər. Amma həmin məhbus azad olunacaqsa, bu, humanizmdən irəli gələcək. Heç bir halda Azərbaycanın Avropa Şurasından çıxarılmasının müzakirə obyekti olacağını düşünmürəm. Ölkəmiz də bunda maraqlı deyil. Beynəlxalq güclər arasında da nüfuz savaşı gedir. Azərbaycanın onlardan hansısa birinin tərəfində olması həmin gücün daha da güclənməsinə səbəb ola bilər. Avropa Şurası və digər qurumlarda qəbul edilən bəzi qərarları bütövlükdə həmin qurumların mövqeyi kimi qəbul etmək lazım deyil. Məsələn, 700 nəfərdən çox üzvü olan Avropa İttifaqı Parlamentində bir də görürsən ki, 15-20 nəfər, ən yaxşı halda 75 nəfər bir qətnamə qəbul edir. Bu qətnamənin yerdə qalan 600-dən çox insana dəxli yoxdur axı. Hesab edirəm ki, əməkdaşlığımızı dostluğa çevirmək vacib şərtlərdən biridir”.

Image result for Mirvari Qəhrəmanlı:

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, Azərbaycan çox vaxt tələbləri yerinə yetirmir: “Azərbaycan götürdüyü öhdəliklər var ki, onları yerinə yetirmir. Maraqlıdır ki, Avropa Şurası da bütün siyasi məhbusların azadlığını tələb etmir, yalnız İlqar Məmmədovun azad olunmasını istəyir. Burada da ayrı-seçkilik var. Əslinə qalsa, bu vaxta qədər İlqar Məmmədov azad olunmalı idi. Açığı, düşünmürəm ki, bu ayın sonuna qədər verilən möhlət yerinə yetirilsin. Çox yaxşı olar ki, mən səhv edim. Mənə elə gəlir ki, dekabrda verilə biləcək əfvlə İlqar Məmmədov azad oluna bilər. Onu da deyim ki, nə Azərbaycan Avropa Şurasından çıxan deyil, nə də Avropa Şurası ölkəmizi oradan çıxaran deyil. Noyabrın 29-na qədər İlqar Məmmədovun azad olunacağını düşünmürəm. Çünki konkret azad etmək üçün bir yol olmalıdır. Zaman göstərir ki, konkret vaxtla qoyulan tələblər Azərbaycan hökuməti tərəfindən yerinə yetirilmir. Amma İlqar Məmmədovla bağlı tələb yerinə yetiriləcək, lakin dekabrda onun əfvlə azad olunma ehtimalları daha yüksəkdir. Ola bilər ki, Azərbaycan tərəfdən müəyyən mesajlar Avropa Şurası və digər qurumlara verilsin, onlar da rəsmi Bakı ilə bağlı planlaşdırdıqlarını bir müddət təxirə salsınlar. Avropa Şurası konkret ortaya qoymur ki, tələblər yerinə yetirilməsə hansı addımları atacaq. Praktikada belə bir təcrübənin, yəni bir ölkənin Avropa Şurasından çıxarılmasının olmadığını deyirlər. Bir məsələyə görə Azərbaycanın Avropa Şurasından çıxarılması mümkün deyil. Avropa Şurasına 40-a yaxın dövlət daxildir və onların hamısı buna səs verməlidir. Azərbaycana iqtisadi sanksiyaların tətbiqi də mümkünsüzdür. Müzakirələrin dekabrın axırına qədər uzanacağını düşünürəm”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL