Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
AXCP sədri Əli Kərimli feysbuk səhifəsində nümayəndəlik institutunun ləğv edilməsindən yazıb. Yazını təqdim edirik:
“Vəkillər Kollegiyasına üzv olmayan hüquqşünasların məhkəmələrdə nümayəndə kimi iştirakının ləğvinә dair qanun təkcə minlərlə hüquqşünasa deyil, bütövlükdə xalqımıza ciddi problem yaradacaq. Beləliklə, Milli Məclisdəki deputat təyin olunmuşlar səsvermə düyməsini növbəti dəfə sifarişlə basmaqla xalqımıza ən azı aşağıdakı pislikləri etdilər.
1. Vəkillər Kollegiyasına üzv olmayan 8-9 min nəfər hüquqşünas işsiz qalacaq;
2. Ölkə üzrə hüquqi xidmət Vəkillər Kollegiyasının monopoliyasında olacaq, qurum monopolist mövqeyindən istifadə edərək, onsuz da sayı az olan vəkilləri tam özünə tabe edəcək. Vəkillərin mütləq əksəriyyəti (istisnalar olacaq əlbəttə) Vəkillər Kollegiyasının, başqa sözlə, Ədliyyə Nazirliyinin diqtəsilə oturub-duracaq, onun təlimatlarına əməl etməli olacaq. Təbiətən ən azad peşələrdən biri olan vəkillik institutu girov götürülərək tam məhv ediləcək;
3. Hazırda məhkəmələrdə 470 mindən artıq mülki işə baxılır. Bu işlərin əksəriyyətində tərəflərin nümayəndəsi kimi Vəkillər Kollegiyasına üzv olmayan hüquqşünaslar iştirak edir. Təsəvvür edin ki, bu qədər işlərdə vətəndaşlarımız hüquqi xidmətdən məhrum olacaq və ya bahalı vəkil xidmətinə müraciət etməli olacaq.
4. Hazırda ölkəmizdə cəmi 900 nəfər Vəkillər Kollegiyasına üzv olan vəkil, 8-9 min nəfər isə Kollegiyaya üzv olmadığı üçün nümayəndə kimi çıxış edən hüquqşünas fəaliyyət göstərir. Nümayəndə kimi çıxış edən hüquqşünaslar müştərilərlə bir qayda olaraq vəkillərlə müqayisədə daha aşağı qiymətlə müqavilə bağlayırdılar. İndi onlar işləyə bilməyəcəklər və 100 minlərlə insanımız çarəsizlikdən üz tutacaq Vəkillər Kollegiyasının üzvü olan vəkillərə. Vəkil xidmətinə tələb təklifi birdən-birə 10 dəfə üstələyəcək. Vəkillərin müştəridən alacağı xidmət haqqı da dəfələrlə artacaq.
5. Hüquqi xidmətlərə qiymətlərin dəfələrlə artması bir tərəfə, 100 minlərlə vətəndaş praktiki olaraq vəkilsiz qalacaq. Çünki ölkəmizdə vəkillərin sayı onsuz da çox azdır. Müqayisə üçün hər yüz min nəfərə Ukraynada 244, Gürcüstanda 83 vəkil düşdüyü halda, Azərbaycanda 9 nəfər vəkil düşür. Vəkillərimiz işlə həddindən artıq yükləniblər. Onların bundan sonra da hər birinin əlavə olaraq 10 nəfərin əvəzinə işləməsi isə fiziki olaraq qeyri-mümkün olacaq. Beləliklə, əksər insanlar heç yüksək qiymətlərlə də vəkil tapa bilməyəcək.
Beləliklə, rejim bizi bütün parametrlər üzrə orta əsrlərə qaytarır”.