Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Rusiyanın erməni kökənli “boz kardinalı” getsə...

Tarix:6-11-2017, 09:28 Baxış Sayı:159

Rusiyanın erməni kökənli “boz kardinalı” getsə...

Moskvanın Azərbaycan və müsəlman dünyasına qarşı siyasəti yumşala bilərmi? Qabil Hüseynli: “Lavrovun gedişi ilə erməni lobbisinin beli qırılmış olar, onların Rusiya siyasi elitasına təsiri minimuma enər”

Rusiyanın erməni kökənli xarici işlər naziri Sergey Lavrovun Kremlin Azərbaycanla münasibətlərinin yüksək səviyyəyə çatmasında əngəl olduğu vaxtaşırı müzakirə edilən məsələlər sırasındadır. Erməni əsilli nazirin hər zaman açıqlamalarında təcavüzkar Ermənistanın yanında olduğu açıq şəkildə görünür. Hələ onun rəhbərlik etdiyi nazirliyin sözçüsü Mariya Zaxarovanı demirik...

Əslinə qalsa, Azərbaycan prezidenti İlham Əliyev bu ilin iyulunda Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı hər iki ölkənin münasibətlərini korlayan Rusiyada müxtəlif dairələrin olduğunu bildirmiş, Putin də bunu araşdıracağına söz vermişdi. Təkcə bu fakt bir çox mətləblərdən xəbər verir.

Aylar öncə Rusiyadakı Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edildildiyi zaman da gözlər Lavrovun üzərinə dikilmiş, burada onun erməni lobbisi ilə birlikdə əlinin olduğu qeyd olunmuşdu.

Rusiya XİN-in rəhbərinin Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılmasında da ciddi əngəl olduğu bildirilir. Lavrovun bu üçlüyün yaradılacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir edəcəyini bildiyindən hər vəchlə buna mane olmağa çalışdığı vurğulanır. Onun nazir postundan uzaqlaşdırılacağı  halda bunun nəinki Rusiya-Azərbaycan münasibətlərinə, Rusiya-Türkiyə münasibətlərinə müsbət təsirlərinin olacağı deyilir.

Image result for politoloq Qabil Hüseynli

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Lavrov Rusiyada fəaliyyət göstərən nüfuzlu erməni lobbisinin başçısıdır: “Lavrov çox sədaqətlə erməni maraqlarını Rusiya siyasi elitasında müdafiə edir, əksər hallarda burada ölkəsindəki erməni milyonçuların, iş adamlarının dəstəyindən istifadə edir. Sözsüz ki, Rusiyanın xarici siyasətində Azərbaycana yönəlik siyasətinin formalaşdırılmasında Lavrov başda olmaqla bir sıra erməni mənşəli şəxslərin rolu böyükdür. Belə bir məlumat var ki, Rusiya XİN-də müxtəlif səviyyələrində ermənilərin təmsilçiliyi kifayət qədər yüksəkdir. 30-35% civarında onların nazirlikdə təmsil olunduqları barədə məlumatlar mövcuddur. Bu çox böyük rəqəmdir. Bu rəqəmin mövcud olduğu şəraitdə demək həmin şəxslər Rusiyanın xarici siyasətinin formalaşdırılmasında böyük rol oynaya bilərlər. Bununla yanaşı, məsələnin tarixi köklərini də unutmaq olmaz. Çünki Rusiya siyasətində erməni amili I Pyotrun dövründən başlayır. Söyləsək ki, Putin tamamilə Lavrovun təsiri altındadır, onun bütün ideyalarının qarşısında geri çəkilir, bu bir qədər faktları təhrif etmə olardı. Bəli, Lavrov ermənipərəstdir, kifayət qədər faktlarla onun ermənilərin maraqlarını müdafiə etdiyini sübut etmək olar. Putinin bu məsələdə obyektiv olduğunu gündəmə gətirsək belə, qaneedici faktlar əldə etmək olmur. Müasir Rusiya siyasətində erməni amili çox ciddi faktordur. Bu daşlaşmış, möhkəmlənmiş bir amildir. Bunun qarşısını almaq hələ ki asan məsələ deyil. Amerikanın siyasətində işğal məsələsini sübutlamaq o qədər çətin deyil. Burada az da olsa obyektivlik elementləri var. Amma Rusiya beş rayon məsələsindən tutub yapışır, əvəzində isə Azərbaycandan çox ciddi güzəştlər tələb edir. Bunu da cəsarətlə demək olar ki, Rusiya Qərb dövlətlərinin Qarabağ məsələsinə olan münasibətini formalaşdıran əsas dövlətdir. Çox təəssüflər olsun ki, bu məsələdə Rusiyanın mövqeyini bölüşən dövlətlərin sayı az deyil. Erməni lobbisinin və ermənilərin Qarabağla bağlı uydurduqları fantaziya xarakteri daşıyan ”faktlar" təkcə Rusiyada yox, Qərb dünyasında da meydan sulaya bilir. Amma bunun daha çox şüurlara yeridildiyi yer Rusiyadır, rus siyasi elitası və bu dövlətin xarici siyasətidir".

Politoloq Lavrovun  gedərsə, bunun təsirlərinin münasibətlərdə nə dərəcədə görünəcəyi barədə də danışdı: “Lavrov gedərsə, Rusiyanın siyasətində təkcə Azərbaycanla bağlı məsələlərdə deyil, Türkiyə ilə bağlı da, hətta müsəlman dünyası ilə bağlı məsələlərdə də ciddi dəyişikliklər yarana bilər. Lavrov bu gün Rusiya siyasətinin anti-müsəlman, anti-türk, anti-Azərbaycan istiqamətində köklənməsində əhəmiyyətli rol oynayır. Bu məsələdə onun yanında köməkçiləri və dayaqları var. Bunu Rusiyada formalaşmış erməni lobbisi kimi də səciyələndirmək olar. Lavrovun gedişi ilə erməni lobbisinin beli qırılmış olar, onların Rusiya siyasi elitasına təsirləri minimuma enə bilər, üstəlik də Rusiyanın müsəlman və türk dünyasına, eyni zamanda, Azərbaycana yönəlik xarici siyasət xəttinin obyektiv çalarları xeyli arta bilər”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL