Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Trampın müşaviri Rusiya baş nazirinin müaviniylə görüşübmüş

Tarix:7-11-2017, 11:08 Baxış Sayı:146

Trampın müşaviri Rusiya baş nazirinin müaviniylə görüşübmüş

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyası zamanı xarici siyasət müşaviri ötən il Rusiyaya səfəri zamanı Kremlin yüksəkçinli rəsmisiylə görüşdüyünü etiraf edib. O, Konqresə ifadəsində bunu boynuna alıb.

“BİR AZ ZARAFATLAŞDIQ”

Carter Page Trump seçilməmişdən öncə kampaniyadan gedib. Noyabrın 6-da yayılmış məlumata görə, o, ötən həftə Nümayəndələr Palatasının kəşfiyyat komitəsinə deyib ki, 2016-cı ilin iyulunda Rusiyaya çıxış etməyə getdiyi zaman baş nazirin müavini Arkady Dvorkovich-lə “qısa salamlaşıb”.

Bu barədə davamlı suallardan sonra Page bildirib ki, Moskvadakı Yeni İqtisadiyyat Məktəbində çıxışdan sonra Dvorkovich-lə danışıb. Page əvvəllər belə bir görüşün olmadığını deyirdi.

“Çox qısa ünsiyyətdə olduq. Bir az zarafatlaşdıq. Dəqiq nə dediyimi xatırlamıram, xoş arzular kimi bir şey idi, vəssalam”, – Page deyib.

Moskvada Merrill Lynch investisiya bankında çalışmış Page onu da deyib ki, 2016-cı ilin dekabrında Rusiyaya ikinci səfəri zamanı Dvorkovich-i yenə görüb.

Dvorkovich-lə şəxsi görüşü barədə sualı Page belə cavablandırıb: “Görüşdük – o, dekabrda universitet təmsilçiləriylə naharıma gəlmişdi”.

SESSİONS NƏ BİLİR

Hazırda ABŞ-ın kəşfiyyat qurumları Rusiyanın ötən ilki prezident seçkisinə mümkün müdaxiləsini araşdırır. Page də həmin istintaq çərçivəsində dindirilib.

Rusiya seçkiyə hər hansı müdaxilə etmədiyini, Trump da Kremllə əməkdaşlığa getmədiyini bildirib.

Page ifadəsində deyib ki, Rusiyaya səfəri haqda Trump kampaniyasının bəzi üzvlərini, o cümlədən, o vaxt senator olmuş, indiki baş prokuror Jeff Sessions-u bilgiləndiribmiş.

Bu ifadə Sessions-un Trump-ın kampaniya köməkçiləriylə Rusiya arasında əlaqələrindən nə qədər xəbərdar olması haqda əlavə suallar yaradır.

Sessions martda Trump kampaniyasıyla bağlı istintaqa nəzarətdən kənara çəkilib. Səbəb onun kampaniya zamanı Rusiyanın keçmiş səfiri Sergey Kislyak-la iki dəfə söhbət etməsi və bunu açıqlamamasıdır. O vaxtdan Sessions Trump-ın seçki kampaniyasının üzləriylə Rusiya rəsmiləri arasında kommunikasiya barədə bilgisinin az olduğunu deyib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL