Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Rusiya Azərbaycanın yanında olmayacaq, çünki...

Tarix:7-11-2017, 09:41 Baxış Sayı:152

Rusiya Azərbaycanın yanında olmayacaq, çünki...

Ekspertlərdən fərqli mövqe və təkliflər

Dağlıq Qarabağ məsələsində regionda söz sahibi olan Rusiyanın mövqeyinin həlledici amil olduğu sirr deyil. Çox az sayda insan tapılar ki, belə olmadığını düşünsün. Ermənistanın Rusiyanın forpostu olması faktı isə şimal qonşumuzun əlini bu məsələdə bir qədər gücləndirir. 

Xüsusilə Kremlin istəyi yetər ki, İrəvan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Ancaq siyasətdə istəklər qarşılıqlıdır və ekspertlər dəfələrlə bəyan edib ki, Rusiya prezidenti əvəzini almadan Azərbaycanın xeyrinə münaqişəni həll etməyəcək. Baxmayaraq ki, Azərbaycan Rusiyanın maraqlarına toxunacaq heç bir addım atmır, Rusiyanın maraqları əleyhinə olan heç bir geosiyasi layihələrdə iştirak etməyib, Rusiyaya dost münasibətdə olduğunu hər fürsətdə isbatlayır, onun Qarabağ məsələsinə münasibətini dəyişmək mümkün olmur. 

Azərbaycan Dağlıq Qarabağ məsələsinə münasibətdə Rusiyanın ən azından neytral qalması, yaxud da Azərbaycanın yanında olması üçün nələri edə bilər və etməlidir?

Bəzi siyasi ekspertlər hesab edir ki, Türkiyənin son zamanlar Rusiya ilə yaxınlaşması Azərbaycanın bu məsələdə imkanlarını artırır. Azərbaycan bu yaxınlaşmadan mümkün qədər yararlanmağa çalışmalıdır. Bunun üçün Türkiyə hakimiyyəti ilə ciddi iş aparılmalıdır. Ankara Moskvanın mövqeyinə təsir edə və Rusiyanın Qarabağ məsələsində heç olmasa neytrallaşdırılması rolunu oynaya bilər.

Eyni zamanda Bakı Moskvaya mesajlarını çatdırmalıdır ki, əgər Rusiya münaqişəni ədalətli həll edə bilməyəcəksə, işğalçının yanında olmaqda davam edəcəksə, Avrasiya İttifaqının güclənməsi planından birdəfəlik vaz keçməli olacaq. Daha bir mesaj bu olmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi Şimali Qafqazın qonşuluğundadır. Əgər münaqişə həll edilməmiş bu formada qalacaqsa, bu, Şimali Qafqaz xalqları üçün bir stimul rolunu oynayacaq. Dağlıq Qarabağdakı 70-80 min erməniyə müstəqillik istəyirsinizsə, Qafqazda o zaman iki milyona yaxın çeçen niyə müstəqil dövlət qurmamalıdır?! Bu mesajlar Rusiyada Şimali Qafqaza yaxın ərazilərdə müstəqillik uğrunda mübarizə aparan qrupun, millətin, etnosun mövcudluğunun Rusiyanın strateji təhlükəsizliyi üçün təhlükə mənbəyi olduğu rəyini möhkəmlədər. Nəticədə Moskva Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllində maraqlı ola bilər.

Ekspertlər hesab edir ki, “Biz bir-birimizdən ayrı mövcud ola bilmərik” deyən Rusiyanın Putin administrasiyasına siyasi dillə bunu çatdırmaq gərəkdir ki, Azərbaycanla Rusiyanın strateji müttəfiqliyi Qarabağın bütövlükdə və şərtsiz azad edilməsi şərti ilə mümkündür. Çünki nə qədər ki, Qarabağın işğalında Rusiyanın həlledici rol oynadığını istər dolayısı, istərsə də birbaşa onun üzünə vura bilmiriksə, onda aparılan mübarizənin nəticəsi olmayacaq, Rusiyanı Ermənistandan qoparmaq da mümkün olmayacaq.

Картинки по запросу AMİP katibi Əli Orucov

AMİP katibi Əli Orucov isə açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyənin nə etməsindən asılı olmayaraq Rusiyanın mövqeyini xeyrimizə dəyişmək mümkün deyil: “Rusiya xarici işlər nazirinin ildə bir dəfə dediyi mövqe var ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Lakin əməldə Azərbaycanın ərazilərini işğal edən ermənilərə dəstək verir, hətta Dağlıq Qarabağın müstəqilliyinə çalışır. Rusiyanın Azərbaycana qarşı mövqeyi tarixən dəyişməz qalıb. Torpaqlarımızı tikə-tikə parçalayan da məhz Rusiya olub. Moskva heç vaxt Azərbaycanın dostu və strateji müttəfiqi olmayıb. Bəzən deyirlər, biz bu güzəşti etsək, bu cür davransaq Moskva Qarabağ problemində bizə dəstək verəcək və sair. Bu ümidləri və fərziyyələri puç hesab edirəm. Biz Rusiyaya doğru nə qədər isti addımlar atsaq belə, onu Ermənistandan ayıra və səmimi müttəfiqimizə çevirə bilməyəcəyik. Qarabağ problemi də, Ermənistanın Azərbaycana təcavüzkarlığı da məhz Rusiyanın ”xidmətləridir". Bu münaqişədən Rusiya təkcə işlədilməsinə icazə və imkan vermədiyi silah satışından milyardlarla vəsait qazanır. Bütün regionu tam nəzarətində saxlayır. Bunları itirməyə razı olar? Əlbəttə ki, razı olmaz. Rusiya Qarabağ məsələsində heç vaxt nə Azərbaycanın yanında olacaq, nə də bitərəf qalacaq. Bu, ancaq Qarabağ daxil, Azərbaycanın yenidən Rusiya köləliyinə qayıtması nəticəsində mümkün olar. O zaman da Qarabağ probleminin birdəfəlik Azərbaycanın xeyrinə həllinə kəsin inamım yoxdur.

Sadəcə olaraq, indiki halda Moskvanı aqressivləşdirmək, regiondakı prinsipial maraqlarına toxunmaq olar və bu, ciddi fəsadlar yaradar".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL