Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Cəmil Həsənli
Dostlar! Bilirsiniz ki, “Cash Investigation” adlı jurnalist araşdırmasında Azərbaycanı diktatura və İlham Əliyevi isə despot adlandırdığına görə Azərbaycan hakimiyyəti “Fransce 2” televiziyasının jurnalisti Elise Lucet və reportiyoru Laurent Richardi məhkəməyə vermişdi. Burada məsələnin maddi tərəfi əhəmiyyətli olmadığına görə jurnalistlərdən toplam 1 avro tələb edilirdi. Amma Fransa məhkəməsinin bu gün elan edilən qərarına görə hətta bu, 1 avronu da almaq mümkün olmadı.
Əlavə məlumat üçün deyim ki, reportyor Laurent Richard bir neçə nəfərlik çəkiliş qrupu ilə keçmiş Fransa president Fransua Ollandın səfəri zamanı Bakıya gəlmişdi və səfər əsnasında onlar bizdə də olub 2013-cü il president seçkiləri, hakimiyyətin korrupsiya şəbəkəsi barədə geniş müsahibə almışdılar. Jurnalistlər bizim evdə olanda təhlükəsizlik orqanlarının işçiləri binanın ətrafında vurnuxurdular. Onlar Bakını tərk edənda hava limanında jurnalistlərin əşyaları ciddi şəkildə yoxlanmış, kameraları, kameraların yaddaşı və digər texniki avadınlıqları müsadirə edilmişdi. Lakin Fransa xarici işlər nazirliyinin müdaxiləsindən sonra avadanlıqlar jurnalistlərə qaytarılmışdı. Parisə döndükdən sonra onlar öz işlərini gördülər və hazırladıqları telearaşdırmada Azrbaycanı diktatura, İlham Əliyevi isə despot kimi xarakteriza etmişdilər. Azərbaycan hakimiyyətinin “dünyanın ən sərt diktaturalarından biri” kimi təqdim edildiyi bu araşdırma Avropa və bütün dünyada geniş yayılmış, böyük əks-səda doğurmuşdu.
Azərbaycan hakimiyyətinin ölkədə dekorasiyaya çevirdiyi məhkəmə sisteminə aldanaraq və Fransada formalaşdırdığı lobbi qrupuna arxalanaraq Fransa jurnalistlərinə qarşı qaldırdığı iddiaya bu ilin sentyabr ayının 5-də Paris məhkəməsi baxmış və bu gün, noyabr ayının 7-də məhkəmə öz qərarını elan etmişdir, iddia birmənalı olaraq rədd edilmişdir. Doğrusu, bu iddia nəticələri əvvəlcədən düşünülməmiş ağılsız bir addım idi. Fransa məhkəməsinin bu qərarı Azərbaycan hakimiyyətinin və İlham Əliyevin avtoritarizmini, ölkədə yaratdığı diktatorluq idarə üsulunu, seçkilərin saxtalaşdırılması, korrupsiya vəsaitləri hesabına Qərb ölkələrində lobbi şəbəkəsi yaratmaq cəhdlərini və insan hüquqlarının kütləvi şəkildə pozulması hallarını daha ətraflı ifşa etmək üçün müxtəlif ölkələrdəki araşdırmaçı jurnalistlər və beynəlxalq hüquq müdafiəçiləri əlavə hüquqi müstəvi əldə etdiər.
Yazı müəllifin feysbuk hesabından götürülüb.