Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Prokuror Əli İnsanova görə möhlət istədi

Tarix:14-11-2017, 14:22 Baxış Sayı:177

Prokuror Əli İnsanova görə möhlət istədi

Noyabrın 14-də Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun yenidən 7 il azadlıqdan məhrum edilməsi məsələsinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi keçmiş nazir haqda bu hökmü qüvvədə saxlayıb. İnsanov da həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Rizvan Şammədov deyib ki, cinayət işinin materialları ilə tanış ola bilməyib. Ona görə də məhkəmədən vaxt istəyib:

«Bu cinayət işinin həcmi böyükdür. İcraatımda da iş çoxdur. Ona görə mənə vaxt verilməsini istəyirəm».

Ə.İnsanovun vəkili Ağaveyis Şahverdi prokurorun vaxt istəməsinə etiraz edib.

Buna baxmayaraq, Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası prokurorun vəsatətini təmin edərək, ona işlə tanışlıq üçün vaxt verib. Amma verilən möhlətin müddəti açıqlanmayıb.

Hakim deyib ki, növbəti məhkəmə iclası təyin olunanda tərəflərə bu haqda bildiriş göndəriləcək.

Ə.İnsanovun digər vəkili Toğrul Babayev də cinayət işinin həcminin böyük olması haqda deyilənlərlə razılaşmır. Müdafiəçi AzadlıqRadiosuna bildirib ki, keçmiş nazir haqqında ikinci cinayət işi cəmi üç cilddir.

«Cinayət işində Əli İnsanovun ifadəsi, izahatı yoxdur. İnsanov özü hələ iyun ayında Ali Məhkəməyə kassasiya şikayəti göndərib. Dörd aydan çox vaxt keçməsinə baxmayaraq, dövlət ittihamçısının cinayət işinin materialları ilə tanış olmaması sual doğurur», – T.Babayev bildirib.

Kassasiya şikayətinə baxılması yubandığına görə bir müddət öncə Ə.İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub yazmışdı. Bundan az sonra keçmiş nazirin işi üzrə məhkəmənin vaxtı təyin olunmuşdu.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL